"Land of fire Azerbaijan"lı "Lans" liderliyə yüksəldi (YENİLƏNİB)

"Land of fire Azerbaijan"lı "Lans" liderliyə yüksəldi (YENİLƏNİB)
LAND OF FİRE AZERBAİJAN 24 Avqust 2013 / 20:23 5624
-  A +

Bu gün Fransa ikinci liqasında dördüncü tura yekun vurulub. Qol.Az-ın xəbərinə görə, azərbaycanlı iş adamı Hafiz Məmmədov “Lans” klubuna sahib olduqdan sonra bu komanda uğurlu çıxışını davam etdirir.

Yüksək liqaya vəsiqə uğrunda yarışan “Lans” bu turda "Laval"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, 56-cə dəqiqədən "Laval" meydanda 9 nəfərlə qalıb. "Lans" isə qolları matçın son dəqiqələrində vurub.

 
Qeyd edək ki, "Land of fire Azerbaijan" foması ilə çıxış edən "Lans" bu qələbə sayəsində turnir cədvəlində liderliyə yüksəlib - 4 oyundan 10 xal. İkinci yerdəki "Angers" komandasının da 4 oyundan 10 xalı var.

17 avqust

18:30."Laval" - "Lans" - 0:2
Qol:
Yahia, 85 (0:1), Salli, 90+1 (0:2)
Qırmızı vərəqə: "Laval"ın 36 və 56-cı dəqiqələrdə bir futbolçusu meydandan qovulub.

Daha çox


Son xəbərlər
topaz banner