Xəbər verdiyimiz kimi, Fransa mətbuatı Azərbaycanın bayrağının “Lans”ın stadionunda dalğalanması haqda yazı dərc edib.
Qol.Az-ın xəbərinə görə, lensois.com saytı qeyd edib ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasından sonra 41 min 233 tamaşaçı tutumu olan Feliks Bolların adını daşıyan stadionda yenilik baş verib. Belə ki, arenanın ən yüksək hissəsində Fransa bayrağı ilə yanaşı ilk dəfə olaraq Azərbaycan bayrağı da dalğalandırılmağa başlayıb. Bununla əlaqədar həmin xəbərə “Lans”ın azarkeşləri şərhlər yazıblar.
Qeyd edək ki, böyük əksəriyyətində Azərbaycana dəstək ifadə olunub.
Həmin şərhləri təqdim edirik.
Racing adlı istifadəçi:
- “Lans”ın azarkeşləri azərbaycanlıların klubda iştirakını salamlayır. Onların (Hafiz Məmmədov nəzərdə tutulur – red.) və Jerve Martelin kluba gəlişi komandamıza həyat verdi. Bizim kluba investisiya yatırıblarsa, deməli, komandamıza inanırlar. Bununla bağlı tənqidlər isə klubumuza zərər verir. Xüsusilə ermənilər tərəfindən olan tənqidlər.
Stadionumuzda Azərbaycan bayrağı dalğalanır. “Lans”ın azarkeşləri bizə kömək edənlərə təşəkkürünü bildirməlidir. Mən hesab edirəm ki, Məmmədov klubda daha aktiv faəliyyət göstərməldir. Ümumiyyətlə, biz klumuza dəstək olan insanlara təkcə sözdə deyil, əməldə də dəstək verməliyik.
vince62232 adlı istifadəçi:
- Şəxsən mən Azərbaycanın bayrağının “Feliks Bollar”da dalğalanmasından şadam. Artıq bizim üç oyundan yeddi xalımız var. Liqa kubokunda isə “Anje” kimi komandanı sıradan çıxarmışıq. Bundan böyük uğur ola bilməz.
gene0902 adlı istifadəçi:
- Bu məqalənin yazılmasını başa düşmürəm. Çox axmaq yazıdır.
Rmgz2 adlı istifadəçi:
- Bağışlayın, mən amma sizin (gene 0902 istifadəçiyə xitabən yazılıb – red.) fikrinizi başa düşmürəm. Bu, çox ədalətsiz yanaşmadır. Azərbaycan bizin üçün çox kömək etdi. Bu məsələ məni narahat etmir. Əksinə mən onlara “Fransaya xoş gəldiniz, deyirəm”.
Michuifou adlı istifadəçi:
- Azərbaycanın bayrağının stadionda dalğalandırılmasına qarşı çıxanların fikirləri gülməlidir. Bu məsələdə düzgün məntiq yürütmək lazımdır. Məgər, klubumuzun sponsoru Azərbaycan yox, “Koka-Kola” olmalıydı? Bağışlayın, amma belə yanaşmaları anlamıram.
Clamar6290 adlı istifadəçi:
- Siz haqlısınız, michuifou. Jervelin yenidən komandamıza qayıtması kimlərisə narahat edir.
gene902 adlı istifadəçi:
- Mənim fikirlərim əsasladır və Azərbaycanın burada olmasını başa düşmürəm. Biz buna yol verməməliydik. Ondansa Qətər bizim üçün daha yaxşıdır. Onlar bizə dünya çempionatını təşkil etməkdə kömək göstəriblər.
boli5955279p adlı istifadəçi:
- Mənim üçün orada hansı bayrağın dalğalanmasının əhəmiyyəti yoxdu. Əsas komandamızdır, hamı da stadiona böyük məmnuniyyətlə gedir.
Lcambresien adlı istifadəçi:
- Mən hesab edirəm ki, onlar (azərbaycanlılar – red.) da bizim nəticələrimizi yüksək qiymətləndirir.
Ledzed adlı istifadəçi:
- Komandamıza belə dəstəyin verilməsi bizim üçün böyük şərəfdir. Bu, layiqli mükafatdır.
Loupiot adlı istifadəçi:
- İdman müharibə deyil. Biz doğulduğumuz günə qədər baş verən hadisələrə görə məsuliyyət daşımırıq. Axı, nəyə görə nifrət aşılamalıyıq? Biz futbolda dünya kubokunda İran – ABŞ oyununa şahid olmuşuq.
Tijklify adlı istifadəçi:
- Loupiot, siz tamamilə haqlısınız. Azərbaycanla Ermənistan arasındakı problemin isə bizə aidiyyatı yoxdur. Keçmiş keçmişdə qalmalıdır. Əks halda, o zaman gərək biz almanlara qarşı oynamayaq. Çünki onlar bizim ölkəyə və bütün Qərbi Avropa hücum ediblər. Qısaca desək, Məmmədovun layihəsini dəstəkləməliyik.
Racing:
- Bayrağın dalğalandırılması normal haldır. Amma mən stadionda digər ölkələrin bayrağının olmamasına təəccüblənirəm. Hər halda Azərbaycanın bayrağının olmasını dəstəkləyirəm.
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı