Bu gün klublarımız Avroliqada mübarizəyə başlayırlar. Qol.Az saat 20:00-dan etibarən "Simurq" - "Bney Yehuda" oyunundan canlı mətn-reportaj təqdim edir.
"Simurq" (Azərbaycan) - "Bney İequda" (İsrail) - 0:1 (İkinci hissə)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu
Hakimlər: Riçard Truts, Marian Ruzbarski, Vlatislay Laskovski, Jozef Pavlik (hamısı Slovakiya)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
UEFA nümayəndəsi: David Delfelyer (Belçika)
Artıq komandaların heyətləri də məlum olub:
"Simurq”: 44. Rauf Mehdiyev, 4. Aleksandr Malıgin, 5. Sergey Sokolov, 7. Gennadi Solonitins, 14. Sergey Artyux, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 20. Mixail Maxviledze, 21. Nikolay Petrov, 23. Roman Axalkatsi
Ehtiyat oyunçular: 1. Taras Çopik, 8. Ruslan Qunçak, 9. Elşən Məmmədov, 10. Aleksandru Popoviç, 13. Vladimir Mazyar, 15. Tural Cəlilov, 22. Qriqol Dolidze
Baş məşqçi: Roman Pokora
“Bney İequda”: 1. Dele Alyenige, 21. Vidio Hadad, 23. Keir Ederi, 7. Ezra Raly, 4. Din Mori, 10. Liroy Zhairi, 8. Assi Baqrut, 11. Eliran Atar, 20. Pedro Galvan, 27. Hasan Abu Zaid, 9. Mahran Radi
Ehtiyat oyunçular: 22. İdan Tuef, 17. Ylizhak Azuz, 6. İvan Garrido, 13. Nizan Yehezkel, 18. Mohammed Hatari, 24. George İysis, 14. Moshe Biton
Baş məşqçi: Qay Luzon
Komandalar artıq meydandadırlar. Topla məşq edirlər.
Artıq futbolçular soyunub-geyinmə otağına yollandılar.
Hələ ki, stadionda təxminən 6 min tamaşaçı olar.
"Simurq"un prezidenti Zaur Məmmədov göründü. Hiss olunur ki, o, çox həyəcanlıdır.
Komandalar meydana çıxır. Stadionda "Simurq"un futbolçularının adları elan olunduqda azarkeşlər tərəfindən alqışlarla qarşılandı.
Azərbaycan azarkeşlərinin maraqla gözlədiyi oyun başladı. Matça bir neçə dəqiqə tez start verildi.
1. "Bney Yehuda" dərhal hücuma atıldı.
3. Künc zərbəsindən sonra "Simurq"un arxa xətti inamlı oynadı.
5. Zaqatala komandası tədricən fəallaşıb. Sergey Artyux topu cərimə meydançasına doğru ötürsə də, qonaqlar daha təhlükəli vəziyyət yaranmasına imkan vermədilər.
7. Ön xətdə "Simurq"dan Solonitins fəaldır. Qonaqlar əsas diqqəti hücuma yönəldiblər.
12. Bolkvadze təxminən 30 metr məsafədən cərimə zərbəsini dəqiq vura bilmədi.
14. "Bney Yehuda"nın kapitanı Assi Baqrutun zərbəsi təhlükəli olsa da, qapıdan aralı keçdi.
20. Hələ ki, oyun sönük keçir.
22. Qonaqlar fəallaşdı. Hasan Abu Zaidin zərbəsini qapıçı Rauf Mehdiyev çətinliklə dəf etdi, Assinin vurduğu top isə qapıdan aralı keçdi.
30. Assinin baş zərbəsi təhlükəli olsa da, qapının üstündən keçdi. "Simurq" hücuma atıldı, ancaq bu, nətcəsiz qaldı.
33. Hücum zamanı Nikolay Petrov yaxşı oynasa da, Solonitinsə dəqiq ötürmə verə bilmədi.
42. Qonaqlar təhlükəli vəziyyət yaratdılar. Əvvəlcə Assi, sonra Atar istəyinə çata bilmədi. Sonuncu boş qapını dəqiq nişan ala bilmədi.
45. "Simurq" 100 faizli qol vəziyyəti yaratdı. Petrovun güclü zərbəsini "Bney Yehuda"nın qolkiperi çətinliklə geri qaytardı. Top qapının bir neçə santimetrliyindən keçdi.
İlk hissə bitdi.
Fasilə başa çatdı, komandalar meydana qayıtdı.
İkinci hissə başladı.
46. İkinci hissəyə komandamız fəal başladı.
49. "Simurq" 100 fazili qol şansını qaçırdı. Artyuxun zərbəsi qapının üstündən keçdi.
50. Oyunda ilk sarı vərəqə "Simurq"dan Solonitsinə verildi.
55. İnanılmaz... Bəxt rəqibin tərəfindədir. Petrovun zərbəsi qapı tirindən geri qayıtdı. "Simurq" hesabı açmağa çox yaxın idi.
58. Bolkvadzenin asması zamanı rəqib qapıçı çıxışda səhvsiz oynadı.
63. Atarın o qədər də qüvvətli olmayan zərbəsini Rauf Mehdiyev tuta bili.
64. "Simurq"da ilk oyunçu dəyişikliyi. Solonitsinin əvəzinə Tural Cəlilov meydana daxil olur
70. Bu dəqiqələrdə oyunun tempi çox aşağı düşüb. Mübarizə əsasən meydanın mərkəzində gedir.
72. Artyuxun uzaqdan zərbəsi qapının üstündən keçdi.
75. "Simurq"un heyətində daha bir dəyişiklik. Roman Axalkatsini Qriqol Dolidze əvəzləyir.
76. Hər iki komandanın heyətində dəyişiklik baş verir. "Bney İequda"da Atarı Bitor əvəzləyir. "Simurq"da isə Artuyuxun əvəzinə Elşən Məmmədov daxil olur.
78. Elşənin zərbəsi dəqiq alınmadı.
83. QOL. Rəqib komanda hesabı açdı. Din Mori topu qapıdan keçirdi.
85. Rəqibin heyətində daha bir dəyişiklik. Zhairini Azuz əvəzlədi.
88. "Simurq"un hesabı bərabərləşdirmək cəhdləri hələ ki bəhrəsini vermir.
89. "Bney İequda"nın heyətində sonuncu oyunçu dəyişikliyi. Galvanı Qarrido əvəzləyir.
90. Elşənin zərbəsini qapıçı tuta bildi.
İkinci hissənin əsas vaxtına 3 dəqiqə əlavə olundu.
Oyun başa çatdı.
"Simurq" "Bney İequda"ya 0:1 hesabıyla uduzdu. Ümid edirik ki, komandamız səfərdə. bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxaraq, növbəti mərhələyə adlayacaq.
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi
"Sabah" - "Zirə" matçı üçün - Heyətlər
Levandovski: "Hələ son sözümü deməmişəm"
Flik Alvaresin sayılmayan penaltisindən danışdı
Osimhen "Yuventus"la razılaşdı
"Kəpəz" - "Qarabağ": Heyətlər
Levandovski: "Yaşımdan utanmıram"
İtaliya millisinin Almaniya ilə matçlar üçün tərkibi
“Son 12 ildə çoxlu axmaq qərar veriblər”
Ayxan Abbasov milliyə bu futbolçuları çağırdı
Anandla Məmmədov Bakıda qarşılaşacaq
FİFA referisi Əvəzedicilər liqasının oyununda
Niderland millisinin İspaniya ilə oyunlar üçün heyəti
"Barselona"dan Torres qərarı
Azərbaycan yığmasının heyəti açıqlandı
Neymar Braziliya millisinə qoşulmayacaq
Ronaldo qollarının sayını 928-ə çatdırdı
Renat oynadı, komandası qalib gəldi
“Qalatasaray”dan darmadağın
Güləşçimiz Avropa çempionu oldu
"Çox istəyirəm ki, Santuşla əlaqəmiz olsun" - Ayxan Abbasov
Mərdəkanda vurulan qollar - Video
"Araz-Naxçıvan" "Şamaxı" ilə bərabərə qaldı