“Həqiqətən də “Karşıyaka” mənimlə maraqlanır. Amma hələ ki, heç bir klubla rəsmi müqavilə imzalamamışam. “Karşıyaka”nın baş məşqçisi məni sərəncamında görmək istəyir ki, hazırda da Bülənt Uyqunla danışıqlar aparırlar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Türkiyənin “Karşıyaka” klubuna transfer edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən İlqar Qurbanov deyib. İlqar bildirib ki, hazırda meneceri bir neçə klubla danışıq aparır: “Karşıyaka” ötən il də məni istəyirdi. Lakin o zaman danışıqlarımız alınmamışdı. İndi də istəyirlər. Təkcə “Karşıyaka” deyil, Bank Asiya birinci liqinin yüksək pillələrdə qararlaşan əksər klubları mənimlə maraqlanırlar. Amma hələ ki gözləyirik. Tələsmək istəmirəm. İlk növbədə çalışıram ki, Superliqa təmsilçisiylə anlaşım”.
İlqar həmçinin transfer qiymətini də açıqladı: “Karşıyaka” mənə 350 min dollar təklif edir. Lakin bu rəqəm məni qane etmir. Əgər icarəyə getsəydim, qəbul edərdim. Amma onlar həm də transfer hüququmu alacaqlar. Buna görə də 350 min azdır. Əgər 450 min dollar təklif etsələr, razılaşa bilərik. Düzdür, ola bilər ki, başqa kluba daha az pul qarşılığında keçim. Bu isə həmin komandanın baş məşqçisindən, klubun iddasından asılıdır. Superliqada daha aşağı pula belə, oynamağa hazıram. Amma söhbət “Karşıyaka”dan gedirsə, həmin kluba 450 min dollar istədiyimi bildirmişəm”.
İlqar həmçinin “Karşıyaka”nın transfer etmək istədiyi ikinci azərbaycanlı futbolçunun da adını açıqladı: “Mən bildiyimə görə, “Karşıyaka”nın transfer siyahısında məndən başqa Fərhad Vəliyevin də adı var. Onlar millimizin qapıçısı ilə də yaxından maraqlanırlar. Çünki “Karşıyaka”nın əsas qapıçısı Kərəm komanda ilə yollarını ayırıb”.
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı
Ronaldo yeni klub alır
"Real"dan yeni transfer - Rəsmi
Güləşçilərimizdən gümüş və bürünc medallar
"Bavariya"nın təklifini rədd etdi
"Real"ın əsas transfer hədəfi bilindi
"Betis" onu birdəfəlik almaq istəyir
“Sabah”ın büdcəsi açıqlandı