Bir müddət əvvəl hakimlikdən qovulan FIFA referisi Babək Quliyev bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Babək Quliyev çıxışı zamanı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova qarşı sərt ittihamlar irəli sürüb: “Xaqani Məmmədov mənə dedi ki, “Bakı” ilə oyunda “Qarabağ” a kömək etməlisən. Mən isə bu təkliflə razılaşmadım. Mənə qarşı yönələn təzyiqlər də məhz bundan sonra başladı”.
Babək Quliyev hətta hakimlər komitəsinin sədrinə rüşvət verdiyini də iddia edib: “Mən şəxsi qərəzliyin qurbanı oldum. Heç nədən hakimlikdən uzaqlaşdırılmışam. Peşəkar Futbol Liqası birinci dövrənin ən yaxşı hakimini müəyyənləşdirərkən, Xaqani məndən rüşvət istədi. Dedi ki, 1500 manat ver, Anar Niyazovu yox, məhz səni ən yaxşı hakim seçək. Mən də 1500 manat verib, birinci dövrənin ən yaxşı hakimi oldum”.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Qol.Az-ın müxbiriylə söhbətində Babək Quliyevin ittihamlarına cavab verib. Tədbirdə olduğuna görə, çox danışa bilmədiyini söyləyən Məmmədov qısa da olsa, Quliyevin ittihamlarına cavab verib: “Qarabağ”la oyundan əvvəl məhz Babək özü gəlib demişdi ki, mən “Qarabağ”a kömək edəcəyəm. İndi isə məni “Qarabağ”a “işləmək”də ittiham edir. Üzümü ona tutaraq, deyirəm - Babək Quliyev, mənim ağzımı açdırma”
Komitə sədri rüşvət məsələsini də cavabsız qoymayıb: “Hakimlikdən qovulduqdan az sonra mətbuata müsahibəsində Babəkdən soruşmuşdular ki, bəlkə Xaqani Məmmədova rüşvət vermədiyinə görə, səni hakimlikdən qovurlar?” O isə cavabında demişdi ki, yox, Xaqani Məmmədov məndən heç vaxt rüşvət istəməyib. Mən ona qara yaxa bilmərəm. Bəs indi necə olur ki, məni rüşvət almaqda ittiham edir? Onu heç cür anlaya bilmirəm”.
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi