Fransanın “Lans” klubunun prezidenti Jerve Martel Avropanın məşhur “Frans futbol” nəşrinə müsahibə verib. Qol.Az-ın məlumatına görə, müsahibədə J.Martel H.Məmmədovla tanışlığının, onun “Lans”a sahib olmaq istəməsinin tarixçəsindən danışıb.
- Hafiz Məmmədovla tanışlığınız nə zaman baş tutdu?
- Mən onunla 2012-ci ildə, Kannda istirahət edərkən münasibət qurdum. Onu tanıyan dostum dedi ki, “Hafiz Məmmədov futbolla maraqlanan adamdır, ona sənin barəndə danışmışam. Əgər istəyirsənsə, axşam saat 9-da sizi görüşdürüm”. Razılaşdım. İlk görüşdəcə biz bir-birimizi başa düşdük, ümumi dil tapdıq. Düzü, həmin görüşdə futboldan danışmadıq. Avqustun 14-də məzuniyyətdən qayıtdım. Bundan sonra da hər dəfə onunla əlaqə saxlayırdım. O vaxta qədər isə Kannda hər gün görüşürdük. Hafiz Məmmədovla tanışlığım təsadüf yox, bir şans idi.
Münasibətlərimiz möhkəmlənəndən sonra, Kannda olarkən bir dəfə o mənə dedi ki, bu gün İspaniya superkubokunda “Barselona”nın oyununa baxmaq istəyir. Bunu söyləyəndə saat 19.00 idi, oyun isə saat 22.00-da başlanacaqdı. Həm də biz Fransadan İspaniyaya getməli idik. Mən vaxtımızın az, ora çatmağın isə mümkünsüz olduğunu dedim. Amma elə alndı ki, matçın başlamasına beş dəqiqə qalmış biz artıq stadionda idik. Hafiz Məmmədov çox sadə və insalarla söhbətə açıq insandır. Həmin vaxt Lansdan olan bir nəfər bizə yaxınlaşdı. Əməkdaşlıqla bağlı Hafiz Məmmədovla söhbət etdi. Bundan sonra o, bizi Azərbaycana dəvət etdi. O, ölkəsində çox nüfuzlu adamdır. Hafiz Məmmədov ölkəsinin xaricdə tanıdılmasını ürəkdən istəyir.
- Azərbaycana ilk dəfə nə vaxt səfər etdiniz?
- 2012-ci ilin sentyabrında Dakur Olivye, Jan-Pyer Papen və Djozelin Blanşarla birgə Bakıya getdik. Bundan sonra da orada səfərdə olduq. İndi mənim Bakıya daimi vizam var.
- Bakı necə şəhərdir?
- Ora sanki Dubaydır. Bakı YUNESKO-nun mədəni irsi siyahısına daxildir.
- Hafiz Məmmədov Fransa futboluna bələddir?
- O, daha çox İspaniya futboluna azarkeşlik edir, amma əlbəttə, bizim futbolla da maraqlanır. O, Fransa futboluna kifayət qədər sərmayə yatırmaq istəyir.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər