“Lans”ın prezidenti erməni lobbisinə cavab verdi

“Lans”ın prezidenti erməni lobbisinə cavab verdi
LAND OF FİRE AZERBAİJAN 18 İyul 2013 / 16:04 3653
-  A +

Yenidən “Lans”ın prezidenti vəfizəsinə qayıdan Jerve Martel azərbaycanlı iş adamı, “Baghlan group”un sahibi Hafiz Məmmədovun bu klubun səhmlərini alması ilə əlaqədar Fransadakı erməni diasporunun narazılığına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, “L'Equipe” qəzetinə müsahibəsində o, bütün fikirlərlərə hörmətlə yanaşdığını desə də, erməniləri idmanla siyasəti bir-birinə qatmamağa çağırıb.

Klub prezidentiin sözlərinə görə, H.Məmmədov futbolun,  o cümlədən azərbaycanlı oyunçuların inkişafında maraqlıdır. “Bu proyekt həm də “Lans”ın yenidən dirçəlməsinə yönəlib. Xalqlar arasında narazılıqlar, mübahisələr həmişə olub. Klubumuzun əvvəlki prezidenti Lyuk Dayan da erməni lobbisinə cavabında idmanla siyasəti bir-birində qatmamağı tövsiyə etmişdi və mən onun fikirlərinə şərikəm” – deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər
topaz banner