"Qəbələ" Avstriyada ilk məşqinə çıxdı (FOTOLAR)

"Qəbələ" Avstriyada ilk məşqinə çıxdı (FOTOLAR)
XƏBƏR 18 İyul 2013 / 04:33 1618
-  A +

Təlim-məşq prosesinin üçüncü mərhələsi üçün iyunun 17-i səhər saatlarında Avstriyaya yollanan "Qəbələ" günün ikinci yarısında sözügeden ölkədə ilk məşqinə çıxıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin başçılığı altında baş tutan məşqə komanda tam heyətlə qatılıb.
Avstriya toplanışının ilk günü əsasən qaçış və fiziki çalışmalarla yadda qalıb. Daha sonra futbolçular ikitərəfli oyunda üz-üzə gəliblər. Yannik Kamanan və Rail Məlikov yüngül zədə üzündən məşqi yarımçıq dayandırmalı olub. Komanda hazırlıq prosesini növbəti gün keçiriləcək iki məşqlə davam etdirəcək.


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq