"Xəzər Lənkəran" Hayfada ilk məşqinə çıxdı (FOTOLAR)

"Xəzər Lənkəran" Hayfada ilk məşqinə çıxdı (FOTOLAR)
XƏBƏR 15 İyul 2013 / 15:13 2653
-  A +

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” artıq Hayfadadır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən Bakı vaxtı ilə saat 19:15 də Bakı-Təl-Əviv aviareysi ilə İsrailə yollanan “Xəzər Lənkəran” 3 saat 10 dəqiqəlik rahat uçuşdan sonra İsrailin “Ben Qurion” hava limanına enib.

Burada komanda maraqlı mənzərənin şahidi olub. Belə ki, iki il bundan öncə baş verənlərdən fərqli olaraq Lənkəran təmsilçisi gözəl qarşılanıb.
 
Hava limanında “Xəzər Lənkəran”ın heyətinin pasport buraxılış məntəqəsindən rahat keçməsi üçün ayrıca 4 məntəqə ayrılmışdı. Komanda daha sonra ev sahibi komanda tərəfindən ayrılmış avtobusla polis muşaiyəti ilə məskunlaşacağı otelə yollanıb.
 
Bu gün isə səhər saatlarında “Xəzər Lənkəran” Hayfada “Makkabi” (Hayfa) klubunun aşağı yaş qruplarının "Ketzef” adlanan bazasında ”ilk məşqinə çıxıb. Saat yarım davam edən məşqdə futbolçular taktiki çalışmaları yerinə yetiriblər. Hazırda düşərgədə zədəli futbolçu yoxdur və komanda tam heyətlə hazırlığını davam etdirir. Sabah isə “Xəzər Lənkəran” səhər və axşam məşqləri olmaqla iki məşq prosesi keçirəcək. 


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır