“Lans” ikinci liqaya qaytarıldı

“Lans” ikinci liqaya qaytarıldı
LAND OF FİRE AZERBAİJAN 10 İyul 2013 / 13:24 2942
-  A +

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun səhmlərini aldığı “Lans” klubu ikinci liqaya qaytarılıb. Qol.Az-ın məlumatına görə, Fransa Futbol Federasiyasının idarəetmə sahəsinə nəzarət üzrə komissiyasının dünən baş tutan iclasında bununla bağlı qərar verilib.

Xatırladaq ki, “Lans” maddi təminat məktubunu vermədiyi üçün bu yaxınlarda üçüncü liqaya göndərilmişdi. H.Məmmədov bu kluba sahib olduqdan sonra isə təminat məktubu federasiyaya təqdim edilib. Bu səbəbdən federasiya əvvəl çıxardığı qərarı ləğv edib.

Beləliklə, yeni mövsümdən “Lans” yüksək liqaya vəsiqə uğrunda yarışacaq.

Daha çox


Son xəbərlər
topaz banner