"Qarabağ" klubunun və Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Həmkarlarımız A.Aqollidən Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşacaq "Neftçi" komandası haqda müəyyən informasiya əldə ediblər. Həmin müsahibəni təqdim edirik:
- Ansi, "Skenderbeu" Çempionlar Liqasında "Neftçi"yə, Azərbaycan çempionuna qarşı oynayacaq. Sən "Neftçi"ni yaxşı tanıyırsan, necə düşünürsən, bu rəqibi keçə bilərik?
- "Neftçi" ardıcıl üç mövsüm Azərbaycan çempionu olublar. Rəqib çox güclü komandadır və onlar sübut etdilər ki, avrokuboklarda oynaya bilərlər. Xatırlatmaq yerinə düşər ki, onlar ötən mövsüm Avroliqanın qrup mərhələsində çıxış ediblər. Əgər "Skenderbeu" Bakıdakı ilk oyunda sərfəli nəticə qazana bilərsə, o zaman hər şey yaxşı olacaq.
- "Neftçi"nin hansı mövqeyi daha güclüdür?
- Güclü tərəfi yarımmüdafiəsi və hücum xəttidir. Hər iki mövqedə komanda yaxşı oynayır. Xüsusilə, futbolçular sürətli yerdəyişmələr edirlər ki, bu da rəqibə çətin anlar yaşadır. "Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales ötən mövsüm 26 qolla Azərbaycan Premyer Liqasının bombardiri olmuşdu. Bu mövsüm "Neftçi" daha bir braziliyalı hücumçu transfer edib. O da çox istedadlı futbolçudur.
- Deməli, "Neftçi"də bəzi çatışmamazlıqlar da var...
- Bəli, müdafiədə müəyyən problemləri var. Ötən mövsüm məhz bu mövqedən əziyyət çəkirdirlər.
- "Skenderbeu" Azərbaycan klubunun hansı futbolçularından daha çox ehtiyat etməlidir?
- "Neftçi"nin heyətində olan azərbaycanlı futbolçular elə millidə də stabil çıxış edirlər. Ancaq "Neftçi"nin legionerləri daha təhlükəlidir. Düşünürəm ki, "Skenderbeu" "Neftçi"də legionerlərdən Flavinyo və Julius Vobaydan, yerli oyunçulardan isə Araz Abdullayev və Rəşad Sadiqovdan çəkinməlidir.
- Azərbaycanlı jurnalistlər səndən "Skenderbeu" haqda soruşublarmı?
- Bəli, püşkdən sonra bir neçəsi mənə zəng elədi.
- Nə dediniz onlara?
- Dedim ki, güclü olan tərəfi dəstəkləyəcəyəm (gülür).
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi