Toni Adams Türkiyə superliqasında

Toni Adams Türkiyə superliqasında
ÖLKƏ FUTBOLU 23 İyun 2013 / 22:30 4474
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda klub prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışan Toni Adams karyerasını Türkiyə superliqasında davam etdirməyə yaxındır.

Qol.Az-ın sporx.com saytına istinadən yaydığı xəbərə görə, bu gün jurnalistlərlə söhbətində “Antalyaspor”un prezidenti Gültəkin Güncer komandanın boş qalmış baş məşqçi vəzifəsinə namizədlər arasında Toni Adamsın da olduğunu deyib. Amma o qeyd edib ki, ilk növbədə məqsədləri komandaya yerli məşqçi gətirməkdir.

Bu variant alınmayacağı təqdirdə, “Antalyaspor”un Toni Adamsla anlaşacağı istisna deyil.

Klub prezidentinin sözlərinə görə, 48 saat ərzində baş məşqçi məsələsini həll etməlidirlər.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner