Julius Vobay yenidən “Neftçi”də

Julius Vobay yenidən “Neftçi”də
ÖLKƏ FUTBOLU 21 İyun 2013 / 11:14 4762
-  A +

Son vaxtlar “Neftçi”dən ayrılacağı bildirilən Julius Vobay yenidən bu komandaya qayıdıb. Qol.Az-ın “Futbol+” qəzetinə istinadən yaydığı xəbərə görə, iyun ayında paytaxt klubu ilə müqaviləsi başa çatan afrikalı futbolçu hazırda Avstriyada hazırlıq prosesində olan komandanın dünənki məşqinə qatılıb.

Məlumatda deyilir ki, Vobayla yeni müqavilənin şərtləri razılaşdırılıb. O, klub rəhbərliyinin irəli sürdüyü şərtlər altında oynamağa razılıq verib.

Bu gün futbolçu ilə bir illik müqavilənin imzalanacağı gözlənilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner