“İlk növbədə klublarımız heyəti gücləndirməli və Avropaya yaxın futbol oynamalıdır. Bununla yanaşı hər komandanın öz oyunu olmalıdır”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Avroliqada iştirak edəcək klublarımız haqda danışarkən deyib.
Onun sözlərinə görə, hazırda komandalarımızda bəzi çatışmazlıqlar var: “Klublarmız təlim-məşq toplanışından maksimum istifadə etməlidir. Çünki xətlər arasındakı boşluqları belə toplanışlarda aradan qaldırmaq olar. Avropa oyunlarına belə çatışmazlıqlarla getmək olmaz”.
Klublarımızın transfer siyasətindən də danışan Ş.Diniyev daha çox “Xəzər Lənkəran” və “İnter”in yeni futbolçulara ehtiyacının olduğunu qeyd edib: “Bu komandalarda boşlular var. Xüsusən “Xəzər Lənkəran”ın bütün xətlərində boşluq var. Komanda bir neçə transfer etsə də, hələ xeyli dəyişiklik etməlidir. “İnter”də isə əsasən müdafiədə çatışmazlıqlar yarana bilər. Çünki Levin və Abramidze kimi oyunçular komandadan gedib. Ona görə də hər iki komanda yeni futbolçularla güclənməyə məcburdur. “Neftçi” və “Qarabağ”ın isə Avropa təcrübəsi daha çoxdur. Həm də bu komandaların oturmuş heyəti var. Buna baxmayaraq, onlar da heyətini gücləndirməlidir”.
Ş.Diniyev komandalarımızın Avroliqadakı şanslarından da danışıb: “Püşkün nəticəsindən çox şey asılı olacaq. Klublarımız zəif komandalarla düşərsə, qrup mərhələsinə çıxa bilərlər. Avroliqa oyunları digər iki kluba nisbətən “Neftçi” və “Qarabağ” üçün asan olacaq”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi