“Azərbaycan futbolunu hərtərəfli öyrənməliyəm. Bu, müəyyən vaxt aparacaq. Bundan sonra Rusiya futbolu ilə müqayisə edə bilərəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına açıqlamasında deyib.
İyunun 25-də “Qəbələ” ilə hazırlıqlara başlayacağını deyən təcrübəli mütəxəssis yeni klubuna keçidindən məmnun qaldığını bildirib: “Harda işləməyindən asılı olmayaraq, məsuliyyətli olmaq lazımdır. Karyeramın ilk illərində Düşənbənin “Pamir” klubunda işləmişəm. Komanda axırıncı yerdə olsa da, sonradan həmin vəziyyətdən çıxdıq. İndi isə daha iddialı klubda çalışacağam. Ona görə də, yeni işimə həvəsim çoxdur”.
Y.Syomin ölkəmizdə futbola böyük diqqət ayrıldığını qeyd edib: “Azərbaycanda futbolun inkişafı üçün çox iş görülüb. Uşaq futboluna da qayğı göstərilir. Qəbələdə çoxlu əla vəziyyətdə meydançalar gördüm. Həmçinin “Barselona” kimi klubların da iştirak etdiyi klub turnirinin keçirilməsi də futbola olan münasibətin göstəricisidir”.
Y. Syomin həmçinin keçmişdə Azərbaycanda güclü futbolçuların olduğunu və indi də elə futbolçuların yetişəcəyini vurğulayıb: “SSRİ vaxtında Azərbaycanda Banişevski, Tuayev, Semiqlzaov kimi dəyərli futbolçular olub. Onlar milli komandada və “Neftçi”də oynayırdı. İndi həmin dövrdəki futbolu bərpa etmək üçün Azərbaycanda futbolun inkişafı üçün hər cür şərait mövcuddur”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi