“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqladı

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqladı
LAND OF FİRE AZERBAİJAN 14 İyun 2013 / 18:03 3215
-  A +

Fransanın “Lans” klubu azərbaycanlı iş adamı Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən bəyan edib. Qol.Az.az-ın lent.az saytına istinadən yaydığı məlumatına görə, bu barədə klubun rəsmi saytında yerləşdirilmiş kommunikedə bildirilir.
 
Qeyd olunur ki, “Lans”ın baş sponsoru “Kredit Agricole Nord de Franse” klubun yenilənməsi barədə tender şərtlərini öyrənib. Bundan sonra “Lans”ın prezidenti olmuş Jerve Martel və investor tərəfdaş Hafiz Məmmədovla eksklüziv danışıqlara başlanılması qərara alınıb.
 
Qeyd edək ki, Hafiz Məmmədov “Baghlan Group” şirkətinin sahibi və “Bakı” klubunun prezidentidir. Onun təşəbbüsü ilə İspaniya “Atletiko”su ilə də əməkdaşlıq müqaviləsi bağlanılıb. “Lans” klubu 1906-cı ildə təsis olunub. Hazırda Fransanın 2-ci liqasında çıxış edən klub 1997-1998-ci il mövsümündə ölkə çempionu olub. Bu komanda 4 dəfə çempionatın gümüş, 2 dəfə bürünc medalını, Liqa Kubokunu və UEFA İntertoto Kubokunu qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner