Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan çempionatın baş sponsoru Topazla əməkdaşlığına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçuları və ən gözəl qollarının müəlliflərinin bu gün keçirilən mükafatlandırma mərasimində o deyib ki, 2012-2013-cü il mövsümündə oyunların yayım sayının əvvəlki mövsümlə müqayisədə 2 dəfə artdığını bildirib: “Bu isə Topazın 2 ilin işini 6-7 ay ərzində görməsi deməkdi. Növbəti mövsüm daha çox oyun yayımlanacaq. Hətta I divizion oyunlarının yayımında da köməkliyini əsirgəmədilər. Matçların yayımı nəticəsində xaricdə də görüşləri izləyirdilər. Hətta Rusiyanın bəzi şəhərlərindən bizə zənglər gəlirdi. Oyunları müzakirə edirdilər. Bir sözlə, Topazla əməkdaşlıqdan razıyıq”.
R.Musayev gələcəkdə Topazla yeni layihələr həyata keçirəcəklərini də bildirib. O qeyd edib ki, xaricdə də tədbirlərin təşkili mümkündür.
“Azərinteltek” İdarə Heyətinin sədri Ahmet Sezer ötən 6 ayda verdikləri sözü yerinə yetirməkdən və PFL-lə əməkdaşlıqdan qürur duyduqlarını bildirib: “Artıq ölkənin bütün bölgələri üzrə 500-dək agentimizlə iş görürük. Çoxlu azərbaycanlıya iş imkanı yaratdıq”.
Qeyd edək ki, R.Musayev aprel və may ayının ən yaxşı oyunçularının tədbirə qatılmamasından narazılıq edib. O, mükafatlandırma mərasiminə çoxsaylı jurnalistin qatıldığını bildirərək aprelin ən yaxşı futbolçusu seçilən “Qarabağ”lı Riçard Almeyda və mayın ən güclüsü “Neftçi”li Nikolas Kanalesin tədbirə gəlməməsinə görə irad bildirib.
Yeri gəlmişkən, hazırsa Almeyda və Kanales vətənlərində istirahətdədirlər.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord