“Neftçi” ilə 1+2 illik müqaviləsi olan Nikolas Kanales yeni anlaşma üçün klubdan astronomik məbləğ tələb edirlər. Bu haqda Qol.Az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O qeyd edib ki, Kanales və onun menecerləri ilə rəsmən danışıqlar aparıblar.
“Kanaleslə “Neftçi” ilə 1+2 şərti ilə müqaviləsi var. Bu üç illik müqavilə maliyyə baxımından da razılaşdırılmışdı. Azərbaycanda mövsüm ərzində 2-3 qol vuran oyunçunun qiyməti 400-500 min dollardır. Kanales də son mövsüm Avroliqa və kubok oyunlarını da nəzərə alsaq, 30 qol vurub. Azərbaycan futbolunda bu durumu görən Kanales və menecerləri çox təəssüf ki, bizdən astronomik bir məbləğ istəyirlər. Əlbətdə ki, biz Kanalesin istədiyi məbləği verməyəcəyik. Süni şəkildə qiymətləri qaldıranlar bilsinlər ki, bu, heç də Azərbaycan futbolunun inkişafına xidmət etmir. Kanales kimi futbolçular digər oyunçuların qiymətini görəndə təbiidir ki, belə yüksək məbləğ istəyəcək. “Neftçi” xalqın komandasıdır. Dövlətin pullarını hara gəldi xərcləmək olmaz. Hər bir futbolçunun real qiymətini bilirik. Təbii ki, bu şəkildə olan məsələlərə “Neftçi” heç vaxt qol qoymaz. Öz şərtlərimizi irəli sürmüşük. Sona qədər də Kanales məsələsində fikrimizi dəyişməyəcəyik" – deyə o qeyd edib.
Klub rəsmisi müqaviləsi bitən digər futbolçular haqda da danışıb: "Erik Ramosun da vəziyyəti buna oxşardır. Ramos da çox aşağı məbləğdə bu mövsüm “Neftçi”nin heyətində oynadı. Ancaq Azərbaycan futbolunda şişirdilmiş qiymətləri gördükdə təbii ki, menecerləri və klubu başqa mövqe tutur. Vobayın müqaviləsi bitib. O, sərbəst futbolçudur. Digər futbolçularla danışıqlarımız gedir. Azarkeşlərə demək istəyirəm ki, arxayın olsunlar. “Neftçi” hər zaman kollektiv oyun hesabına uğur qazanıb və hər hansı bir futolçudan asılı deyil”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord