“Bakı” klubunun prezidenti, iş adamı Hafiz Məmmədovun “Lans” klubunu almaq istəməsi Fransa mətbuatında geniş müzakirə olunur. Qol.Az-ın məlumatına görə, demək olar ki, hər gün ölkənin aparıcı KİV-ləri bu məsələyə yer ayırır, Azərbaycanla əməkdaşlığın baş tutacağı halda ikinci liqada yarışan “Lans”ın yüksək liqaya vəsiqə qazana biləcəyini yazır.
Fransanın nüfuzlu “TV 5” telekanalının rəsmi saytı bildirir ki, artıq bu əməkdaşlıq baş tutmaq üzrədir. Qeyd olunur ki, yeni mövsümdən “Lans” da Madrid “Atletiko”su kimi oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxa bilər. Yazıda bildirilir ki, “Lans”ın sabiq prezidenti Jerve Martel və “Bakı”nın prezidenti, “Baghlan group”un sahibi Hafiz Məmmədov arasındakı danışıqlar müsbət nəticələnmək üzrədir.
Sport.fr saytı da təxminən eyni məzmunlu yazı dərc edib, Azərbaycanla yanaşı bir Lüksemburq şirkətinin də “Lans”a sponsorluq etmək istəməsini yazıb.
lensois.com saytında isə Azərbaycan iqtisadiyyatının inkişafına toxunulub, “Land of fire Azerbaijan” bir brend kimi təqdim edilib. “Biz artıq bu sözləri Madrid “Atletiko”sunun formasında və “Visente Kalderon” stadionunda da görmüşük” - deyə yazıda vurğulanır.
“Lavoix des Sports” nəşrinin yazısında isə bildirilir ki, bu əməkdaşlıq baş tutsa, “Lans” bundan yalnız uda biləcək. Jurnalist Pyer Dievalın köşə yazısında qeyd edilir ki, danışıqlar müsbət nəticə verəcəyi halda, “Lans” bu gün səs-küylü transferləri ilə Avropada ad çıxaran Fransanın ikinci “Monako”su ola bilər.
Müəllif yazır ki, Azərbaycanın iqtisadiyyatı bu gün sürətlə inkişaf edir, ölkə öz nefti və qazı ilə də dünyada tanınmağa başlayıb.
“Azərbaycanın hazırkı gücünü nəzərə almalıyıq. Bu mənada, “Lans”a sahib olmaq istəyən Lüksemburqun “Mangrove Capital” investisiya şirkətindənsə, Azərbaycanla əməkdaşlıq klub üçün daha münasibdir” – deyə yazıda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanla “Lans”ın mümkün əməkdaşlığı ilə bağlı Fransanın və Avropanın ən nüfuzlu qəzetlərindən olan “L'equipe” də daxil olmaqla bir çox KİV-də xəbərlər, analitik yazılar dərc olunub, ekspert fikirlərinə yer verilib.
Yeri gəlmişkən, erməni lobbisi isə özlərinə yaxın olan media orqanlarında bu əməkdaşlığın qarşısını almaq üçün antiazərbaycan təbliğatlarını davam etdirirlər. Lakin "Lans"ın rəhbərliyi səviyyəsində bir neçə dəfə bəyan olunub ki, idmanla siyasəti bir-birinə qatmaq doğru deyil və əgər Azərbaycanın sponsorluğu olsa, klub bundan qətiyyən uduzmayacaq.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər