Milli komandamızın və “Bakı” klubunun üzvü Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Sabah DÇ-2014-ün seçmə mərhələsində milli komandamız Lüksemburq yığması ilə qarşılaşacaq. Oyun haqda nə deyə bilərsən?
- Öz azarkeşlərimiz qarşısında oynayırıq. Elə bir səviyyədə çıxış etməliyik ki, bu dəfə azarkeşlər stadionu sevinərək tərk etsinlər. Real olaraq rahatlıqla üç xalı məhz Lüksemburqdan ala bilərik. Ona görə də əlimizdən gələni edəcəyik ki, bu şansı qaçırmayaq. Oyuna çox ciddi hazırlaşmışıq. Bilirəm ki, meydana çıxan hər bir futbolçu bu qarşılaşmanın mahiyyətini yaxşı dərk edəcək və inşallah qələbə qazanacağıq.
- Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluq hiss olunur?
- Yorğunluq ola bilər. Ancaq bu dəqiqə hər şeyi qırağa atıb, sabahkı oyunda qələbə qazanmağı düşünürük. Ona görə də, gücümüzü ikiqat sərf edəcəyik. Məşqdən sonra da yığılıb Lüksemburqla oyundan, qələbənin mahiyyətindən danışırıq.
- Taktiki cəhətdən necə hazırlaşırsınız?
- Baş məşqçimiz Berti Foqts bildirib ki, əsasən cinahlardan hücuma keçməliyik. Çünki rəqib 6-7 futbolçu ilə müdafiə olunur. Buna görə də, onların müdafiəsini ortadan yarmaq çətindir. Səfər oyununda da bunu şahidi olduq. İnanıram ki, əlimizə yaxşı qol şansları düşəcək.
- Qətərlə oyundan sonra komandamızın hazırkı durumu necədir?
- Yaxşı. Qətərlə oyunumuz yaxşı alındı. İkinci hissədə üstünlüyü tam ələ aldıq və qol vurduq. Qətər mənim üçün Lüksemburqdan daha güclüdür. Həmin oyunda bir neçə vacib oyunçumuzun olmadığını da nəzərə alsaq, sabahkı oyunda daha güclü olacağımızı demək olar.
- Komandamızın hücum xəttində üç futbolçunun yoxluğunda sənin əvvəlki çıxışlarına böyük ehtiyac var.
- Doğrudan da Rauf Əliyev və Vüqar Nadirovun olmamağı bizim üçün itkidir. Millidə onların funksiyası böyükdür. Ancaq milli komanda elədir ki, burda əvəzedilməz futbolçu olmur. Futbolçunu biri olmayanda digəri onun yerini doldurur. Meydanda kimin olmağından asılı olmayaraq, hər bir futbolçu ən yaxşı oyununu göstərməyə çalışacaq. Mənə gəldikdə isə, qəbul edirəm ki, əvvəlki formamdan çox uzağam. Futboldan kənar problemlərim var idi. Heç futbol haqda fikirləşmirdim. Ancaq hər şey arxada qaldı. Artıq problemlərimi həll etmişəm və bütün diqqətimi oyunuma yönəltmişəm. Lüksemburqla oyunda mənə bəslənilən ümidləri doğrultmaq üçün meydanda var gücümlə oynayacağam.
- Necə düşünürsən, səni start heyətdə görə bilərik?
- Qətərlə oyunda start heyətdə çıxmışdım. Ancaq sabahkı oyun haqda hələlik bilinmir. Yalnız oyun günü kimin oynayacağı bilinəcək. Yenə deyirəm, meydana nə vaxt çıxsam, bütün gücümü ortaya qoyacam ki, komandam qalib gəlsin.
- Qətərlə oyunda Berti Foqts səndən razı qaldı?
- Həmin oyunda pis təsir bağışlamadım. Baş məşqçi də razı qaldı. Özüm də hiss edirəm ki, tədricən əvvəlki formama qayıdıram. Lüksemburqla oyundan sonra istirahət edib özümə gələcəm. Sizi inandırıram ki, gələn il başqa Əfran görəcəksiniz.
- Oyunun “Baksel Arena”da keçirilməyinə münasibətin necədir?
- Məncə, yaxşı qərardır. Çünki meydança tam dolu olacaq. Onsuz da Portuqaliya və Rusiya ilə oyunlardakı qədər tamaşaçı gəlməyəcək. Byrada azarkeşlır meydançaya yaxın olacaq. Buna görə də daha yaxşı azarkeş dəstəyi hiss edəcəyik. Azarkeşlərdən xahiş edirəm ki, gəlib sabahkı oyunda bizə kömək olsunlar.
Ramiq AĞAMƏMMƏDOV
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə