Bakı “İnter”i “Qarabağ”ın hücumçusu Vaqif Cavadovla müqavilə imzalayıb. Bu haqda Qol.Az saytına “İnter”in prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, futbolçu ilə iki illik müqavilə imzalanıb.
Klub rəhbəri Vaqif Cavadovla danışıqların gizli getməsi haqda səslənən fikirlərə də aydınlıq gətirib. Qeyd edib ki, futbolçu ilə mövsümün sonlarından danışıqlar aparıblar, bir həftə əvvəl isə rəsmi razılığa gəliblər.
“Sadəcə, Vaqif Lüksemburqla oyuna görə millinin düşərgəsində olduğundan biz qərara gəldik ki, bu haqda xəbəri hələ açıqlamayaq. Çünki onun düşərgəmizə qoşulacağını gözləyirdik” – deyən G.Nikolov iyunun 7-də baş tutacaq dünya çempionatının Azərbaycan – Lüksemburq matçından sonra V.Cavadovun “İnter”in hazırlığına qoşulacağını vurğulayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq