“Neftçi” klubun yay hazırlıq planı məlum olub.
Bu haqda Qol.Az saytına “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, komanda iyunun 17-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək: “Hazırlıq planının hər iki mərhələsi Avstriyada olacaq. “Neftçi” ilə bir çox klublar yoldaşlıq oyunu keçirmək istəyir. Komandamızın ötən il Avroliqadakı uğurlu çıxışından sonra rəqib tapmaqda çətinlik çəkmirik. Avroliqanın püşkatmasından sonra hansı komandalarla yoldaşlıq oyunu keçirəcəyimiz dəqiqləşəcək. Ancaq püşkatmaya qədər də yoxlama oyunu keçirməyi planlaşdırırıq. Ehtimal olunan rəqiblərlə qarşılaşmaq istəmirik. Çünki ola bilər ki, o rəqiblərlə Çempionlar Liqasında qarşılaşarıq. Ona görə də püşkatmadan sonra rəqibləri müəyyən etmək istəyirik. Bir neçə klub var ki, artıq bizimlə qarşılaşmağa razılıq verib. Bunlardan Çexiya təmsilçilərindən “Viktoriya” və “Sparta”nın adını çəkə bilərəm”.
Klub rəsmisi “Fənərbaxça”nın sabiq kapitanı braziliyalı futbolçu Aleks de Souzanın “Neftçi”yə gələcəyi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib: “Alexdən başqa bir neçə məşhur futbolçular bizə təklif olunub. Ancaq heç kimlə rəsmi danışığımız olmayıb. Ona görə də bu barədə danışmaq istəmirəm. “Neftçi” heyəti daha da gücləndirmək istəyir. Əsas məqsəd ulduz futbolçu yox, komandaya xeyir verə biləcək futbolçu gətirməkdir. Futbolçular arasında seçim gedir. Çalışırıq ki, Çempionlar Liqasında “Neftçi”yə kömək edə biləcək futbolçuları komandaya cəlb edək”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik