Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunu sıralarına qatıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ayaks”ın heyətində iki dəfə Hollandiya çempionu tituluna yiyələnmiş gənc yarımmüdafiəçi Lorenzo Ebesilyo növbəti mövsüm “Qəbələ”nin şərəfini qoruyacaq. Futbolçu ilə bir illik müqavilə imzalanıb.
24 sentyabr 1991-ci ildə dünyaya gələn Lorenzo Ebesilyo peşəkar futbolçu karyerasına Hollandiya “Ayaks”ında başlayıb. Gənc olmasına baxmayaraq, baxımlı oyunu ilə diqqət çəkən Lorenzo “Ayaks”ın heyətində 52 oyunda meydançaya çıxıb, 11 dəfə fərqlənib. Ebesilyo “Ayaks”da keçirdiyi iki mövsümdə - 2010-2011 və 2011-2012 mövsümlərində Hollandiya çempionluğuna yiyələnib. Futbolçu komandasının Avroliqa və Çempionlar Liqası oyunlarında da forma geyinib. Lorenzo son mövsümdə Donetsk "Metallurq"unda top qovub.
Ebesilyo 2007-ci ildən – 16 yaşından Hollandiyanın aşağı yaş qrupları üzrə milli komandalarına dəvət alıb. O “zanbaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 və U-21 komandalarının şərəfini qoruyub.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik