London “Çelsi”si ilə dörd illik müqavilə imzalayan Joze Mourinyo klubun televiziya kanalına geniş müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komadanın hazırkı durumundan və əsas hədəflərindən danışıb.
- “Çelsi”yə yenidən xoş gəmisiniz! Necəsiniz?
-Çox xoşbəxtəm.
- Baş məşqçilərin yenidən keçmiş komandalarına geri dönmələri tez-tez təsadüf olan hal deyil. Sizin üçün bu qərarı vermək çətin olmadı ki?
- Xeyr. Klubun prezidenti Roman Abramoviçlə görüşdüm və bir neçə sualdan sonra razılığa gəldik. Ona məni geri istəyib-istəmədəyini, o da məndən komandaya yenidən qayıtmağıma razılıq verib-verməyəcəyimi soruşdu. Sonra isə yekdil qərara gəldik.
- İndiki planlarınız nədir?
- Plan hər zaman eynidir: klubu ola biləcək ən yaxşı nöqtəyə gətirmək. "Çelsi"dən 2007-ci ildən ayrılmışdım. O zamandan klub haqda düşüncələrimi çəkinmədən açıqlamışam. 2004-cü ildə mövsüm öncəsi hazırlıq üçün Amerikaya getdiyimizi xatırlayıram. O zaman məşqlərimiz hər kəsə açıq idi. Ancaq bir neçə uşaqdan başqa heç kəs bizi izləmirdi. Daha sonra “Çelsi” Premyer Liqada çempion oldu. Bundan sonra Amerikaya getdiyimiz zaman daha fərqli vəziyyət yarandı və hər kəs bizimlə maraqlandı. Xüsusilə klub Çempionlar Liqasının kubokunu qazandıqdan sonra daha da böyüdü. Mən həminki adamam. Amma hər gün düşünürəm ki, daha da necə inkişaf edə bilərəm. Mən belə insanam. Böyük bir klubda uzun müddət işləməyə hazıram.
-Normalda heç bir klubda üç ildən artıq çalışmamısınız. Son sözləriniz burda uzun müddət qalmağınızı düşünməyə əsas verirmi?
- Buna ümid edirəm. Hazırda "Çelsi"dəki boşluqları görürəm. Mən əvvəl burada işləyəndə komanda əsasən 4-5 futbolçunun üzərində qurulmuşdu. İndiki "Çelsi" isə daha gənc futbolçulara malikdir. Mənim də vəzifəm onları yaxşı pilləyə gətirmək olacaq. Bu komandaya əlimdən gələnin ən yaxşısını verəcəyimə əminəm.
- “Real”da faəliyyətinizin son vaxtlarında üzünüzdəki təbəssüm yox olmuşdu. Amma indi xoşbəxt görünürsünüz.
- Xoşbəxt yox, çox xoşbəxtəm. Mən həssas bir insanam. İnsanlar mənim kimi olduğumu bilir. Bu klubun həm prezidenti, həm nümayəndələri, həm də azarkeşləri ilə yaxşı münasibətim var. Məni də qürurlandıran budur.
İngiltərənin ən güclü klublarından üçünü yeni mövsümdən başqa məşqçilər çalışdıracaq. Bu isə məni çox həyəcanlanıdır. Premyer Liqa mənim üçün hər zaman önəmlidir. Burada Çempionlar Liqasına vəsiqə qazanmaq çox çətindir. Bizim tək hədəfimiz çempionluq olacaq
-Əsas hədəfiniz Premyer Liqa çempionluğudur?
- Komandanı daha yaxşı vəziyyətə gətirməyə ehtiyacım var. Amma insanlar elə bilməsin ki, bu sözləri deməklə milyonlarla pul xərcləyib transferlər edəcəyik. İndiki futbolçular üzərində işləməklə komandanı gücləndirmək lazımdır. Əgər bunu bacarmasam, özümü yaxşı baş məşqçi hesab etmərəm. Qarşıma konkret bir hədəf qoymaq istəmirəm. Əgər qarşıdakı oyun Premyer Liqa matçıdırsa onu düşünəcəyik, kubok oyunudusa, orada qələbə üçün mübarizə aparacağıq.
- Komandanızın hazırkı vəziyyəti haqqında nə deyə bilərsiz?
- Ümumən “Çelsi”dən razıyam. İndiki heyətdə məni dönəmimdə də oynayan 3-4 futbolçu var. Bu oyunçular "Çelsi"nin ruhudur. Onların komandada qalmasından məmnumam. Gənc oyunçulara gəldikdə, onlarla çalışmaq üçün uzun zamanım var. Birlikdə çox yaxşı uğurlar əldə edəcəyimizə inanıram.
"Sabah" ilk hissədə böyük hesabla uduzur - Yenilənir
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Çempionlar Liqasında ilk mərhələyə yekun vurulur
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi