Fransada fəaliyyət göstərən erməni diasporu Azərbaycanın “Lans” klubuna sponsorluq etmək istəyinə qarşı kampaniyaya başlayıb.
Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı məlumata görə, bu ölkədəki erməni diaspor təşkilatları adından “Lans”ın prezidenti Lyuk Dayana müraciət ünvanlanıb. Müraciətdə müraciət müəllifləri L.Dayanı rəhbəri olduğu klubla “Bakı”nın gözlənilən əməkdaşlığının qarşısını almağa çağırıb.
Diaspora təşkilatlarının direktoru Hratç Varyabediyanın imzası ilə kluba ünvanlanan müraciətdə erməni diasporu ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti haqda mənfi rəy formalaşdırmağa çalışıb, ölkəmizdən bir iş adamının “Lans”la əməkdaşlığının yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, “Bakı” ilə “Lans”ın əməkdaşlığı baş tutacağı halda Fransa komandası oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Bundan başqa, klubun sahibliyinin də Azərbaycan tərəfinə keçəcəyi gözlənilir.
Bu mənada, Fransa ermənilərinin əl-ayağa düşməsi başadüşüləndir.
Yeri gəlmişkən, qatı erməni millətçilərinin yığışdığı bu təşkilat Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da radikal mövqeyi ilə seçilir. Onlar bir neçə dəfə Senata müraciət edərək Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin tezliklə qəbul olunmasını tələb edib. Bundan başqa, Fransa hökumətini Azərbaycan dövləti ilə əməkdaşlıqdan çəkindirməyə çağırıb.
Xatırladaq ki, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov Madrid “Atletiko”sundan sonra yaxın vaxtlarda Fransanın “Lans” klubu ilə də əməkdaşlığa başlayacaqlarını bildirib.
Erməni diasporunun müraciətinə “Lans”ın prezidenti Lyuk Dayan cavab verib. Qol.Az-ın məlumatına görə, L.Dayan klubun saytı vasitəsi yayılan cavab məktubunda qeyd edilib ki, H.Məmmədov uzun müddət “Lans”ın prezidenti olmuş Jerve Mertellə danışıq aparıb: “O, 25 il “Lans”ın prezidenti işləyib. Hesab edirik ki, bu şəxsin klubumuzun düşdüyü çətin durumdan çıxarmaq üçün istənilən danışıqları aparmaq haqqı var”.
Lyuk Dayan qeyd edib ki, hazırda “Lans”ın durumu yaxşı deyil və yeni sponsorlara ehtiyac var. O, erməni diasporasına idmanla siyasəti bir-birinə qatmamağı tövsiyə edib.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər