Madridin “Atletiko” klubu Azərbaycanın sponsorluğundan sonra dünən İspaniyada başa çatan futbol mövsümündə son 17 ildə ən yaxşı göstəriciyə imza atıb. Qol.Az-ın məlumatına görə,
bu mövsümdən “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) forması ilə meydana çıxan Madrid təmsilçisi həm ölkə kubokunu qazanıb, həm də üçüncü yeri tutub.
Statistik göstəricilərə əsasən, 1995/96 mövsümündə “qızıl dubl” edən (çempionluq və kubok) “Atletiko” bundan sonra bir dəfə də olsun çempionatın mükafatçıları sırasına düşə, kubokda isə fəxri mükafata sahib ola biməyib. Komandanın 17 il ərzində İspaniya yüksək liqasında ən yaxşı göstəricisi 2007/08 və 2008/09 mövsümündə dördüncü yeri tutması, kubokda isə 2009-cu ildə finala çıxması olub. Digər mövsümlərdə “Atletiko” 5, 7, 10, 11, 13-cü yeri tutub. 2000-ci ildə isə çempionatı 19-cu yerdə başa vurmaqla La Liqanı tərk edib, iki il sonra yenidən yüksək liqaya qayıdıb.
Son 17 ildə “Atletiko”nun yeganə ciddi uğuru 2010 və 2012-ci ildə Avropa Liqasının qalibi adını qazanmasıdır.
Daxili yarışda isə “Atletiko” ən yaxşı göstəriciyə məhz bu mövsüm imza atıb.
“Atletiko” “Barselona” və Madrid “Real”ından sonra La Liqanı üçüncü yerdə (38 oyun, 76 xal) başa vurub. Komanda kubokun finalında, Madrid derbisində isə əzəli rəqibi “Real”a qalib gəlməyi bacarıb.
Qeyd edək ki, kubokdakı bu uğurdan sonra Madriddə yüzminlərlə azarkeşin iştirakı ilə bayram tədbiri keçirilib. Həmin tədbirin bizim üçün ən diqqət çəkən məqamı "Atletiko"nun oyunçularının üzərində Azərbaycan Respublikasının bayrağı ilə bəzədilmiş avrobusla gəlməsi olub. Səhnədə "Azerbaijan: land of fire" adlı böyük banner quraşdırılıb. Həmçinin xüsusi qeyd etmək lazımdır ki, şənlik zamanı "Atletiko"nun aparıcı oyunçularından biri, əslən türk olan Arda Turan Azərbaycan və Türkiyə bayraqlarına bürünüb.
Yerə gəlmişkən, “Atletiko” klubu rəsmilərinin sözlərinə görə, ölkəmizlə əməkdaşlıqdan sonra İspaniyada Azərbaycanı maraq artmağa başlayıb.
Xatırladaq ki, “Atletiko”nun “Land of fire Azerbaiian” forması ilə meydana çıxması ideyası “Bakı” klubunun prezidenti Hafiz Məmmədova məxsusdur. Onun ötən il ispanlarla apardığı danışıqlardan sonra 2012/13 mövsümündən “Atletiko”nun İspaniya çempionatı, İspaniya kuboku və Avropa Liqasının oyunlarına üzərinə “Land of fire Azerbaiian” sözləri yazılan forma ilə çıxması barədə rəsmi müqavilə imzalanıb.
Bu il İspaniya çempionatında üçüncü yeri tutması “Atletiko”ya Çempionlar Liqasında oynamaq hüququ verib. Bu isə o deməkdir ki, 2013/14 mövsümündə “Land of fire Azerbaijan” sözlərini Avropanın ən nüfuzlu klub yarışında da görə biləcəyik.
Yuxarı
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər