“Bakı” klubunun prezidenti Hafiz Məmmədov “Kral kuboku”nun finalında baş tutan Madrid derbisi – “Real” – “Atletiko” oyununu canlı izləyib.
Qol.Az-ın məlumatına görə, H.Məmmədov “Bakı”nın əm'kdaşlıq etdiyi “Atletiko” klubunun prezidenti Enriko Serezonun dəvəti ilə İspaniyada olub. H.Məmmədov E.Serezo ilə birgə onlar üçün ayrılmış xüsusi lojada matça baxıb. “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra H.Məmmədov Madrid klubunun futbolçularını şəxsən təbrik edib.
Qeyd edək ki, “Atletiko” üzərində “Land of fire Azerbaijan” sözləri yazılan formanı geyindikdən sonra ilk böyük qələbəsi kuboka sahib olmaqla qazanıb.