"Xəzər Lənkəran" AZAL-la oyunun son məşqinə çıxdı (FOTOLAR)

XƏBƏR 27 Aprel 2013 / 19:35 2439
-  A +

Bu gün saat 16:00-da “Xəzər Lənkəran” Topaz premyer liqasının 28-ci turunda səfərdə görüşəcəyi AZAL matçı öncəsi son məşqinə çıxdı. Olimpiya Milli Komandalarının Təlim-Məşq Mərkəzinin süni meydançasında baş tutan hazırlıq 1 saat sürdüb və futbolçular taktiki planda məşqçilər korpusunun verdiyi müxtəlif çalışmaları yerinə yetiriblər. Komandada AZAL-la matç öncəsi iki ciddi itki var ki, “Bakı” ilə matçda zədələnən Vanderson Skarduelli və cəzalı durumda olan Dimitrios Sialmas sabahkı matçda "Xəzər Lənkəran"a kömək edə bilməyəcəklər. Sonda vurğulayaq ki, bu gün malili futbolçu Sadio Tounkaranın doğum günüdür. Məşq öncəsi baş məşqçi Con Bencamin Toşak və komanda yoldaşlarından təbrikləri qəbul edən Sadionun 21 yaşı tamam olur.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər