“Atletiko” “Azərbaycanın ulduzları”na yox, “Bakı”ya qarşı oynayacaq

“Atletiko” “Azərbaycanın ulduzları”na yox, “Bakı”ya qarşı oynayacaq
LAND OF FİRE AZERBAİJAN 26 Aprel 2013 / 19:44 5135
-  A +

Aprelin 30-da “Bakı” klubunun təşəbbüsü ilə Madrid “Atletiko”sunun “Azərbaycanın ulduzları” komandası ilə oyunu baş tutmayacaq. Qol.Az-ın məlumatına görə, həmin gün meydana  “Atletiko” ilə “Bakı” klubun futbolçuları çıxacaq.

Qeyd edək ki, əvvəlcədən “Bakı” Azərbaycanın bütün ulduz futbolçularının bu görüşdə iştirakını istəyib, bununla bağlı razılığa gəlinib, bundan sonra anonslar da verilib. Lakin son anda millinin baş məşqçisi Berti Foqts oyunun bu formatda keçiriməsinə qarşı çıxıb. Yeri gəlmişkən, Foqts ölkə mətbuatına müsahibəsində klubların bu oyuna futbolçu buraxmasının əleyhinə olduğunu bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner