“Bakı” klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi
- Komandanızın son çıxışları haqda nə deyə bilərsən? Son dövrlərdə uğurlu çıxışlarınızı nəzərə alsaq, demək olarmı “Bakı” əvvəlki formasına düşüb?
- Mən komandaya gələndə turnir cədvəlində 11-ci yerdə idik. Bu “Bakı”ya yaraşan yer deyildi. Komandamız adına uyğun oyun sərgiləmirdi. Amma dekabrdan bu yana demək olar ki, oyunumuzu bərpa etmişik. Həm kubokda, həm də çempionatda çıxışlarımız “Bakı”nın əvvəlki dövrlərini xatırladır. Yenə də layiq olduğumuz yerdə deyilik. Amma 11-ci yerdən 5-ci yerə qalxmaq da böyük işdir. Sonuncu pillələrdə olduğumuz üçün futbolçuların əhval-ruhiyəsi yaxşı deyildi. Belə bir dövrdə komandanın özünə gəlməsi asan deyildi. İndi də çalışırıq ki, nə qədər bacarırıqsa yuxarı pillələrə qalxaq. Bunu üçün yüksək potensiallı futbolçularımız var.
- Amma ötən tur “İnter”lə məğlub olduğunuz matçda komandanız heç də ürəyaçan çıxış etmədi.
- Razıyam ki, həmin oyunda çox zəif çıxış etdik. Futbolda belə hallar olur. Stabil oynamaq olmur. “İnter” də Azərbaycanın ən yaxşı komandalarından biridir. Amma zəif oynamağımız sırf özümüzdən asılı oldu. Demək olar ki, futbolçularımız hamısı əvvəlki oyunlarla müqayisədə zəif çıxış etdi.
- Aprelin sonunda İspaniyanın “Atletiko” (Madrid) klubu “Bakı” ilə yoldaşlıq oyunu keçirəcək. Bu haqda fikirlərini bilmək istərdik.
- Əlbəttə ki, bu Azərbaycan futbolu üçün əlamətdar hadisə olacaq. Dünya şöhrətli futbolçular Bakıya gələcək. Rəhbərliyə minnətdarlıq edirik ki, belə bir şərait yaradırlar. Belə bir klubun Azərbaycana gəlməyi inkişafdan xəbər verir. Bütün dünya biləcək ki, “Atletiko” “Bakı” ilə yoldaşlıq oyunu keçirib. Bizi bu oynda nəticə düşündürmür. Belə bir klubla oynamaq özü nəticədir.
- “Atletiko”nun əsas futbolçuları gələcək Bakıya?
- Bizdə olan məlumata görə tam heyətlə gələcəklər.
- Səfərdə “Qəbələ” ilə qarşılaşacaqsınız. Oyundan nə gözləmək olar?
- Komandamızda hər şey normaldır. Qəbələyə gəlmişik. Rəqibimizdə baş məşqçi dəyişikliyi oldu. Bu onların oyununa yaxşı mənada təsir edə bilər. Biz bura üç xal üçün gəlmişik. Bu gün çempionatda da mövqeyimizi yaxşılaşdırmalıyq. Maraqlı oyun olacağını deyə bilərəm. Fikrimcə hər iki komanda açıq oyun nümayş etdirəcək.
- Aprelin 17-də isə ölkə kubokunda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Ümumiyyətlə, avrokuboklara düşmək şansınızı daha çox çempionat oyunlarında, yoxsa kubokda görürsünüz?
- Çempionat daha çətin keçir. İlk “altılıq”da çətin komanda olmur. Ona görə də, hələ bizi yeddi çətin oyun gözləyir. Ancaq kubokda yarımfinaldayıq. Ümid edirik ki, “Xəzər Lənkəran” səddini keçə biləcəyik. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə əldə edək. Bilirik ki, “Xəzər Lənkəran” ilk “altılığ”a düşə bilmədiyi üçün kuboku qazanmağa çox istəklidir. Ona görə də demək olar ki, çox çətin oyunlar olacaq.
- Finala çıxsanız, "Neftçi" ilə yoxsa "Qarabağ"la düşmək istərdiniz?
- Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki,finala çıxaq. Ondan sonra onsuzda rəqibin kimliyindən asılı olmayaraq ancaq kuboku qazanmağı düşünəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər