İspaniyada keçirilən dünya çempionatının seçmə mərhələsində çıxış edən milli komandamız çıxışını başa vurub. Qol.Az-ın məlumatına görə, ¼ finalda meydan sahiblərinə məğlubiyyətdən sonra təsəlliverici oyunlara qoşulan Emil Cabbarovun yetirmələri ilk belə matçda İtaliya millisinə uduzub. Matç “Skuadra Adzurra”nın 11:4 hesablı qələbəsiylə başa çatıb. Bununla da milli komandamızın dünya çempionatı arzusunun üstündən xətt çəkilib.
Yamaldan növbəti rekord