“Bizdə 26 növdə yüzlərlə idmançı fəaliyyət göstərir. Bütün idman növlərində – olimpiya, qeyri-olimpiya idman növlərində bizim yüksək uğurlarımız var. Amma etiraf edirəm ki, futbolda problemləriz mövcuddur. Baxmayaraq ki, futbolun inkişafıyla bağlı həm respublikamızda, həm də Müdafiə Nazirliyində çox böyük işlər görülür. Ancaq bu dəfə futbol komandamız etimadı doğrulda bilmədi”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində cari mövsüm sonuncu pilləni tutaraq elitanı tərk edən MOİK-in rəisi, polkovnik Natiq Əliyev deyib. O, uğursuzluğun səbəblərini də açıqlayıb: “ Əvvəlcə onu deyim ki, stadionumuzun və digər idman qurğularımızın təmirə dayanması ilk vaxtlarda bizim futbol komandası üçün müəyyən problem yaratdı. Ancaq mən müdafiə nazirimizə minnətdaram ki, onun müraciətindən sonra bizim futbol komandası ev oyunlarını “İnter” klubunun stadionunda, keçmiş “Şəfa” stadionunda keçirməyə başladı. Hərçənd komandanın komplektləşdirilməsində çətinliyimiz oldu. Biz planlaşdırırdıq ki, komandanın heyətinin 50 faizini hərbi qulluqçular, 50 faizini mülki şəxslərlə quraq. Müdafiə Nazirliyi və AFFA rəhbərliyi futbol komandamızın fəaliyyəti üçün hər cür şəraiti yaratmışdı. Təminat məsələlərində bizə çox yardım göstərdilər. Ancaq bunların heç biri komandamızın yüksək dəstədə qalmasına yetərli olmadı. Açığı etiraf etməliyik ki, bizim çıxışımız digər klublardan zəif oldu. Bizdə çıxış edən futbolçuların səviyyəsi başqa komandaların oyunçularının səviyyəsindən aşağı idi. Bu məsələdə heç bir qeyri-obyektivlikdən danışmağa gərək yoxdu. Adətən, biz əvvəl hakimlərin haqsızlığından, oyun-alqı satqısından şikayətlənirdik. Bu mövsümdə biz bunlarla rastlaşmadıq. Hakimliyin səviyyəsi və çempionatın təşkili yüksək idi. Sadəcə, bizim digər klublara mübarizə aparmağa gücümüz çatmadı və yüksək liqanı tərk etmək məcburiyyətində qaldıq. Biz geyim və digər texniki məsələlərə görə çoxlu maliyyəsi olan klublardan geridə olmadıq. Sadəcə, bizim futbolçuların təcrübə və ustalıq səviyyəsi aşağıydı. Əgər futbolçunun səviyyəsi və təcrübəsi aşağıdırsa, ondan yüksək nə tələb edəsən? Əksər klubların heyətində ayrı-ayrı ölkələrdə oynamış təcrübəli legionerlər çıxış etdilər. Bizim gənc və təcrübə baxımdan həmin futbolçulardan geridə qalan oyunçularımız onlarla bacara bilmədi. Hərçənd əzmkarlıq göstərib sonadək mübarizə apardılar. Ancaq bütün bunlar bizi yenə də ruhdan salmır. Artıq komandanı yenidən formalaşdırmağa başlamışıq. Növbəti mövsüm birinci dəstədə çıxış etmək fikrindəyik. Aşağı yaş qruplarından olan komandaları da saxlayacağıq”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?