“Simurq” klubunun hücumçusu Murad Səttarlının Qol.Az saytına müsahibəsi
- Dünən “Neftçi” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdınız. Oyum haqda fikirlərin maraqlı olar.
- Əvvəldən bilirdik ki, matç çətin keçəcək. Oyunu əks hücumlar üzərində qurmuşduq. Bir neçə qol şansımız olsa da, dəyərləndirə bilmədik. Son əlli dəqiqədə on nəfərlə oynadıq. “Neftçi” çox gözəl oynadı. Bizi meydanda topsuz qoydular.
- Oyununuzdan razı qaldınız?
- Pis oynamdıq. Axıra qədər vuruşduq. Ancaq sonuncu dəqiqədə konsentirasiyanı itirdik və qapımızda qol gördük.
- İlk dəqiqələrdən oyunu penaltilər seriyasına aparmaq istəyirdiniz?
- Yox. Fikrimiz yaxşı müdafiə olunub qol buraxmamaq idi. Ancaq yeri gəldikcə hücumlar da edirdik. Hətta birinci qolu biz vurmaq istəyirdik. Belə olsa, “Neftçi”nin işi çətin olacaqdı. Əlimizə düşən imkandan istifadə edə bilsəydik, qalib də gələ bilərdik.
- Hakimin idarəçiliyindən razı qaldınız? Bojiçə meydandan qovulmasına münasibətin necədir?
- Deməzdim hakim hansısa kobud səhv etdi. Məğlub olmağımızda hakimin heç bir günahı yoxdur. Uduzmağımızı hakimin boynuna atmaq istəməzdik. Bojiçə ikinci sarı vərəqə verməsinə gəldikdə isə, bunu etməmək də olardı. Çünki belə oyunlarda adətən hakimlər matçın prinsipiallığın nəzərə alır.
- Kapitan Rasim Ramaldanovun yoxluğu oyununuza təsir etdi?
- Düzdür. Son dəqiqəyə kimi qapını qoruya bildik. Ancaq Rasim kapitandır, komandamızın aparıcı müdafiəçisidir. Onun yoxluğu oyunumuza təsir etdi. Olsaydı, bizə daha rahat olardı.
- “Altılığ”ın ilk oyununda “Qarabağ”ı qəbul edəcəksiniz. Bu oyuna necə köklənmisiniz?
- Kubok əldən getdiyinə görə, bütün fikirlərimizi çempionata yönəltmişik. Avrokuboklara düşmək üçün şansımız yalnız çempionatadır. İlk “üçlüy”ə düşmək imkanımız da yaxşıdır. Ona görə də həvəsdən düşməmişik, “Qarabağ”la oyuna ciddi hazırlaşıb qalib gəlməyə çalışacağıq.
- Rəqibiniz haqda nə deyə bilərsən?
- “Qarabağ” Azərbaycanın “Barselona”sıdır. Bunu çox adam deyir, o cümlədən mən. “Qarabağ” da “Barselona” kimi topla çox gözəl rəftar edir. Deyərdim ki, Azərbaycanda bunu ən yaxşı “Qarabağ” bacarır. Yaxşı oyun sistemləri var. Sabit çıxış edən komandalardandır.
- Bilirik ki, müqavilə ilə “Qarabağ”a məxsussan. Yenidən bu komandada oynamaq istəyirsən?
- İcarə müddətim başa çatdıqdan sonra onsuz da “Qarabağ”a qayıdacağam. Onu da deyim ki, “Simurq” mənə çox şey verdi. Demək olar ki, “Simurq”da sıfırdan qalxdım. Ancaq “Qarabağ” oynamaq istədiyim bir komandadır.
- Son vaxtlar uğursuz çıxış edirsiniz. Çempionatda dörd oyundur ki, qalib gələ bilmirsiniz. Bunun səbəbini nədə görürsən?
- Bu oyunlarda yaxşı oynasaq da, qol vurmaqda çətinlik çəkirdik. Məncə, bir qələbə qazansaq, ardı gələr.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi