Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, oyunlar hamısı eyni gündə baş tutub.
İlk oyun "İnter"lə "Bakı" arasında olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Birinci oyunda hesab 1:1 olduğundan, səfərdə iki qol vuran "Bakı" növbəti mərhələyə adlayıb.
Digər qarşılaşmada "Xəzər Lənkəran" "Rəvan"ı qəbul edib. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Cənub təmsilçisi bu oyunda "Rəvan" heç bir şans verməyərək 4:1 hesabı ilə qalib gəlib.
Günün ən gərgin matçı isə "Neftçi" - "Simurq" oyunu olub. İlk oyunda 0:0 oynayan komandalar bu oyunda da görüşün əsas vaxtında qol vura bilməyib. Yalnız oyunun 120-ci dəqiqəsində Flavinyo hesabı açıb. Beləliklə "Neftçi" də yarımfinala adlayıb.
Sonuncu oyunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Yenə bu komandalar meydandan sülhlə ayrılıb. Birinci oyunda komandalar hərəyə bir dəfə fərqlənsə də, bu oyunda qapılara qol vurulmayıb və "Qarabağ" növbəti mərhələyə çıxıb.
7 mart
16.00. “İnter” – “Bakı” - 2:2
Ilk oyun - 1:1
Qollar: Şoliç, 32 (0:1), Baçana Sxadadze, 42 (1:1),60 (2:1), Şəhriyar Əliyev, 68 (2:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
“İnter”: Georgi Lomaya, Valeri Abramidze, Slavko Georgiyevski, Ruslan Əmircanov, Asif Məmmədov, Vladimir Levin, İlya Kandelaki, Brüs Abdulaye, Fuad Bayramov, Baçana Sxadadze, Yuri Fomenko
“Bakı”: Edin Nuredinovski, Əziz Quliyev, İbrahim Kargbo, ŞəhriyarƏliyev, Elvin Əliyev, Davidas Çesnauskis, Lukas Horvat, Elvin Məmmədov, Risto Ristoviç, Aleksandr Şoliç, Marius Pena
17.00 . “Neftçi” – “Simurq” - 1:0
Ilk oyun - 0:0
Qol: Flaviniyo, 120 (1:0)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev
Qırmızı vərəqə: Bojiç, 72 ("Simurq")
17.00. “Xəzər Lənkəran” – “Rəvan” - 4:1
Ilk oyun - 2:1
Qollar: Ağabala Ramazanov, 8 (1:0), 84 (3:1), 90+1 (4:1), Lusiano Olguin, 30 (2:0), Miloş Adamoviç, 70 (2:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramiz Məhərrəmov
Qırmızı vərəqə: Orloviski ("Rəvan")
18.00 . “Qarabağ” – “Qəbələ” - 0:0
Ilk oyun - 1:1
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Elşən Acalov, Namiq Bəkirov
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi