“Qarabağ”ın direktoru Əmrah Çəlikəl AFFA-nın İntizam Komitəsinin klubun 13 min manat məbləğində cərimələsinə və Topaz Premyer Liqanın bir ev oyununu azarkeşsiz keçirməsi cəzasına münasibət bildirib.
Qol.Az saytının müxbirilə söhbətində o deyib ki, bu cəza bir qədr sərtdir: “Qanun hamı üçün qanundur. Bunu başa düşürük. Bilirik ki, komandamıza verilən cəza qaydalar çərçivəsindədir. Ancaq bir qədər sərt cəza oldu. Azarkeşləri cəzalandırmaq bu gün inkişafda olan Azərbaycan futboluna mənfi təsir göstərir. AFFA “Qarabağ”ın onsuz da az olan azarkeşini küsdürməməli idi”.
Klub rəsmisi azarkeşsiz qalmağın “Qarabağ”ın oyununa mənfi təsir edəcəyini söyləyib: “Qəbələ” ilə ev oyunumuz ilk “altılıq”da öz meydanımızda keçirəcəyimiz birinci görüş olacaq. Belə vacib oyunda azarkeşsiz oynamaq əlbəttə ki, komandaya pis təsir edəcək. Bu oyuna maraq daha çox olacaq. Ancaq çox təəssüf ki, azarkeşlərimiz bu oyunu televiziya vasitəsilə izləyəcək”.
Ə.Çəlikəl stadionda təhlükəsizlik məsələsinə də toxunub. “Həm paltardəyişmə otağını, həm də hakimlərin təhlükəsizliyini rayon polis bölmələri təmin edir. Oyun günü təhlükəsizlik aşağı səviyyədə deyildi. Sadəcə olaraq gözlənilməz bir hadisə baş verdi. Orda futbolçudan çox polis işçisi var idi. Vaxtında müdaxilə edib, hadisənin böyüməsinin qarşısını aldılar. Belə hadisələr hər yerdə baş verir. Əsas odur ki, xəsarət alan olmayıb”.
Xatırladaq ki, AFFA İntizam Komitəsinin “Qarabağ”la bağlı son qərarına Ağdam təmsilçisinin Topaz Premyer Liqanın 22-ci turunda “İnter”ə qarşı keçirilən matçdan sonra yaşanan olaylar səbəb olub. Həmin insident zamanı “İnter”in bir neçə futbolçusu fiziki təzyiqə məruz qalıb.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi