Messi: “Real” bütün rəqiblərimizin ən güclüsüdür”

Messi: “Real” bütün rəqiblərimizin ən güclüsüdür”
GÜNDƏM 25 Fevral 2013 / 13:00 3705
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi fevralın 27-də Madrid “Real”ına qarşı keçirəcəkləri İspaniya kubokunun 1/2 final mərhələsinin təkrar oyunundan əvvəl deyib ki, hazırda komandalarında əhval-ruhiyyə yaxşıdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, o qeyd edib ki, “Real”la yaxşı oyun nümayiş etdirmək istəyirlər.

“Real”la oynamaq həmişə maraqlıdır. Çünki o, bütün rəqiblərimizin ən güclüsüdür. Hazırda “Barsa” yaxşı formada olsa da, son vaxtlar istədiyimiz oyuinu göstərə bilmirdik. Komandamız “Milan”a Çempionlar Liqasında uduzduğumuz oyunu unudub və ancaq irəli getmək barədə düşünür” – deyə Messi bildirib.

Daha çox


Son xəbərlər