“Nefçi” icarə qaydasında “Simurq”da çıxış edən iki futbolçusu Nicat Qurbanov və Eyyub Əliyevin onlara qarşı görüşdə iştirakına icazə verməməsi barədə Zaqatala klubunun saytının yaydığı məlumata münasibət bildirib.
Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytına bildirib ki, hazırda “Neftçi”nin təkcə “Simurq”da yox, icarə əsasında “Sumqayıt”da da futbolçuları oynayır: “Elə futbolçularımız ötən mövsümdə də olub və onların hər biri “Neftçi”yə qarşı çıxış ediblər. Biz əksinə onların hər zaman bizə qarşı oynamasını istəmişik. Klub prezidenti Sadıq Sadıqovun da mövqeyi belədir ki, icarəyə verilən futbolçular “Neftçi”yə qarşı oynamalıdırlar ki, onların hansı potensiala malik olmasını görə bilək. Futbolçuları icarəyə verməkdə məqsədimiz odur ki, onlar püxtələşsinlər. Vaxtilə Cavid İmamverdiyev “Karvan”da, Elvin Yunuszadə “Simurq”da bir mövsüm oynayıb. Onların hamısı “Neftçi”yə qarşı çıxış ediblər. Bu baxımdan Nicat Qurbanovun və Eyyub Əliyevin də bizə qarşı oynamasında heç bir problem görmürəm”.
T.Süleymanov deyib ki,“Simurq” istəsə, bu futbolçuları bizə qarşı oynada bilər: “Bu mövsüm “Sumqayıt”la görüşdə icarə əsasında rəqib komandada çıxış edən futbolçularımız Slavik Alxasov və Ruslan Qurbanov biz məğlub durumda olarkən bizə qarşı oynadılar”.
Klub rəsmisi etiraf edib ki, müqavilə şərtlərinə görə, “Neftçi”yə məxsus olan futbolçuların onlara qarşı oynaya bilməz: “Ancaq biz heç vaxt bu şərtlərdən istifadə etməmişik. Heç vaxt icarə əsasında başqa klubda oynayan futbolçuların bizə qarşı çıxış etməsinə qadağa qoymamışıq. Çünki niyyətimiz onların yaxşı şəkildə futbol oynaması və yenidən “Neftçi”yə qayıtmasıdır. O futbolçular inkişafdan qalmamaq üçün biz onları icarəyə vermişik”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı