Kaxaber Sxadadze: "Futbolçularım məni məyus etdi"

Kaxaber Sxadadze: "Futbolçularım məni məyus etdi"
GÜNDƏM 23 Fevral 2013 / 20:59 3134
-  A +

"Neftçi” bizdən bir baş üstün oynadı, qələbəyə layiq idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 21-ci turunda "Neftçi"yə məğlub olduqları (0:2) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandasınn oyunu haqqında da danışıb: "Futbolçularım məni məyus etdi. Səhvlərimiz üzərində çalışmalıyıq, oyunumuzu təhlil etməliyik. Belə bərbad oyun məni məyus edir. Bəzən 2-3 futbolçunun oyunu alınmır. Amma bu gün bütün komandamın oyunu alınmadı. Fomenkonu da buna görə tez əvəz etdim” deyə o bildirib.

Daha çox


Son xəbərlər