Böyük futbol Ağdama qayıtdı

Böyük futbol Ağdama qayıtdı
GÜNDƏM 21 Fevral 2013 / 17:07 3109
-  A +

Birinci divizionda yarışan “Şuşa” klubu bundan sonra ev oyunlarını Ağdamım Quzanlı qəsəbəsi stadionunda keçirəcək.

Qol.Az-ın məlumatına görə, artıq bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti müvafiq qərar verib.

Qeyd edək ki, fevralın 23-də baş tutacaq "Şuşa" – “Qaradağ Lökbatan” görüşü məhz Quzanlıda keçiriləcək.
 
Xatırladaq ki, Quzanlıda son dəfə rəsmi çempionat oyunu ötən mövsümün sonu "Qarabağ"ın iştirakı ilə keçirilib. Ağdam klubu Quzanlıda oynamaqdan imtina etdikdən sonra bu qəsəbə faktiki olaraq futbolsuz qalmışdı.

 

Daha çox


Son xəbərlər