Azərbaycan Güləş Federasiyası Birinci Avropa Oyunlarında güləş yarışlarını yüksək səviyyədə təşkil etmək əzmindədir. Qol.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bildirib.
Oyunlara hazırlıq prosesinin gedişatı ilə bağlı danışan Ə.Cəfərov bildirib ki, bu məsələdə Azərbaycan Güləş Federasiyasının mövqeyi FİLA-nın mövqeyi ilə eynidir.
"Beynəlxalq Güləş Federasiyası - FİLA-nın sabiq prezidenti Rafael Martinetti hələ 10 dekabr 2012-ci il tarixli məktubunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeyə FİLA-nın rəsmi mövqeyini bildirmişdi. Bu mövqe isə ondan ibarətdir ki, FİLA 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının hazırlanmaqda olan proqramında güləşin 3 növ üzrə, hər biri 7 çəki dərəcəsində təmsil olunmasına razıdır. Azərbaycan Güləş Federasiyası bu mövqe ilə eyni fikirdədir və güləşin Oyunların proqramına salınacağı təqdirdə yarışların yüksək səviyyədə təşkili üçün maksimum səy göstərəcək. Azərbaycanın güləş yığmasının hər bir üzvü Birinci Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaqla ölkəmizin bayrağını yüksəklərə ucaltmağa və öz qələbələri ilə xalqımızı sevindirməyə çalışacaq", - deyə baş katib bildirb.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsi hazırda 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının proqramının və bu proqrama daxil ediləcək idman növlərinin siyahısının hazırlanması davam edir. Azərbaycan idman ictimaiyyəti milli idman növü olan güləşin bu Oyunlarda təmsil olunacağını səbirsizliklə gözləyir.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı