Həmit Altıntop: "Bu oyunun bir qisası var"

Həmit Altıntop: "Bu oyunun bir qisası var"
GÜNDƏM 21 Fevral 2013 / 02:50 3127
-  A +

“İstədiyimiz oyunu göstərə bilmədik. Buna görə təəssüf edirəm. İlk qoldan sonra fərqi daha da artıra bilərdik. “Şalke” düşündüyümüzdən daha yaxşı oynadı. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilmədik və müdafiəyə çəkildik. İstədiyimizin nəticəsini almasaq da bu oyunun bir qisası var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qalatasaray”ın futbolçusu Həmid Altıntop ÇL-ın 1/8 final mərhələsində “Şalke”yə qarşı keçirdikləri oyundan sonra mətbuata danışıb.
H.Altıntop “Şalke”nin gücünü düzgün qiymətləndirmədiklərini deyib:

“Bunu əvvəl də söyləmişdim. “Şalke”nin Bundesliqadakı çıxışları çaşdırıcı ola bilər. Rəqibimiz bu gün bunu meydanda göstərdi. Almaniyadakı oyuna daha yaxşı hazırlaşıb istədiyimiz nəticəni qazana bilərik".

Daha çox


Son xəbərlər