Huntelar: "Vurduğumuz bir qol çox dəyərlidir"

Huntelar: "Vurduğumuz bir qol çox dəyərlidir"
GÜNDƏM 21 Fevral 2013 / 02:31 2221
-  A +

“Şalke”nin hücumçusu Klas Yan Huntelar ÇL-ın 1/8 final mərhələsinin ilk oyununda  “Qalatasaray”a qarşı keçirdikləri matçdan (1:1) sonra mətbuata açıqlama verib.

Qol.Az-ın məlumatına görə, hücumçu hesabın onlar üçün əlverişli olduğunu bildirib:

“Bizim üçün yaxşı nəticədir. Rəqibə qarşı çoxlu pressinq tədbiq etdik.  “Qalatasaray”ın hücum etməsinə imkan vermirdik. Öz səhvimizdən qağımızdan top buraxdıq. Bizdə hücumları artırıb cavab qolunu vurduq. Bizim üçün burda qol vurmaq çox əhəmiyyətlidir. Çünki növbəti oyunda “Qalatasaray” açıq oynamağa məcbur olacaq. Bu da bizim üstünlüyümüzdür”.  Huntelar sonda meydançanın ot örtüyündən də gileylənib.

Daha çox


Son xəbərlər