Bu gün İspaniyanın məşhur «As» qəzeti Azərbaycan - İspaniya oyununa geniş yer ayırıb. Qol.Az-ın məlumatına görə, ispaniyalı həmkarlarımız iddia edir ki, AFFA rəsmiləri yoxlama oyununa görə, İspaniya Futbol Federasiyasına 750 min avro ödəyib. Yazının başlığı belədir: “İspaniya millisi 750 min avroya görə 4467 kilometr qət edəcək».
Məqalədə yazılıb ki, Konfederasiyalar Kubokuna hazırlaşan İspaniya millisinə yoxlama oyunu üçün ən yaxşı təklif Azərbaycandan gəlib. Hazırda maddi məsələlər böyük önəm daşıdığından, federasiya bu oyundan imtina edə bilməyib. Nəticədə İspaniya Futbol Federasiyası cibinə 750 min avro qoyacaq. Qiymətin yüksək olması isə təbii ki, Del Boskenin yetirmələrinin sonuncu Avropa çempionu olmaları ilə əlaqələndirilib.
Lakin ispaniyalı jurnalistlərdən fərqli olaraq, bu ölkənin futbolçuları yayılan xəbərdən məlumatsız olduqlarını deyiblər. Jurnalistlərin sualını “Barselona” və İspaniya milli komandasının üzvü Serxi Buskets belə cavablandırıb: “Bu haqda heç bir məlumatımız yoxdur. Bizim işimiz futbol oynamaqdır. Maliyyə məsələləri bizlik deyil”.
***
İspaniyanın başqa bir qəzeti - "Elmundo Deportivo" isə iddia edir ki, İspaniya millisi Bakıya 750 min deyil, 1 milyon avronun qarşılığında gəlib. Bu qəzetdən olan həmkarlarımızın sözünə inansaq, bu İspaniya millisinin tarixi ərzində ən sərfəli təklifdir. Bu vaxta qədər heç bir ölkə İspaniya millisinə bu qədər pul təklif etməyib.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi