Sabah Azərbaycanla yoldaşlıq görüşü keçirəcək İspaniya milli komandasının baş məşqçisi Vinsente Del Boske qarşılaşma öncəsi bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. İlk öncə isə Del Boske sabahkı matç barədə fikirlərini bölüşüb:
- Sabahkı oyunda əsas məqsədimiz qələbə qazanmaqdır. Demək olar bir həftədir ki, bu oyuna hazırlaşırıq. Bu mənada meydana da qələbə qazanmaq üçün çıxacağıq. Futbolçularımız da üzərlərinə düşən məsuliyyəti gözəl dərk edirlər. Baxmayaraq ki, bu sadəcə bir yoldaşlıq görüşüdür, amma məqsədimiz Konfederasiyalar Kubokuna qələbə ilə yollanmaqdır. Bir baş məşqçi kimi mənim üçün də görüş böyük əhəmiyyət daşıyır. Çünki turnir öncəsi futbolçuların durumuna bələd olmaq baxımından bu mənim son şansımdır. Bir sözlə, sabahkı qarşılaşma bizim üçün adi yoldaşlıq görüşü yox, mübarizədir.
- İnyestanın olmaması oyununuza təsir edəcək?
- Təbii ki, İnyestanın yoxluğu bizim üçün ciddi itkidir. Amma bizim komandamızda onu əvəzləyəcək digər layiqli futbolçular da var. İki oyunçunu milliyə cəlb etmişəm və inanıram ki, onlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. İspaniya millisinin oyunu bir futbolçunun üzərində qurulmayıb.
- Rəqib kimi niyə məhz Azərbaycanı seçdiniz?
- Bizim Konfederasiyalar Kubokundakə qrup rəqiblərimiz təxminən Azərbaycanla eyni gücə malikdirlər. Məhz onlarla görüşlərə daha yaxşı hazırlaşmaq üçün sınaqçı rəqib kimi Azərbaycanı seçdik.
- Azərbaycan millisinin oyunlarını izləmisiniz?
- Bəli izləmişəm və deyərdim ki, mənə xoş təsir bağışlayıb. Azərbaycan millisi həm komanda şəklində müdafiə olunur, həm də hücum edir. Bir sözlə, kollektiv oyuna üstünlük verir. Bu isə sizin millinizin əsas üstünlüyüdür.
- Berti Foqts haqqında nə deyə bilərsiniz?
- Foqts Almaniya futbolunun tarixidir. Onu bütün dünya tanıyır. Məncə Foqts haqqında əlavə hansısa şərh verməyə ehtiyac yoxdur.
- İspaniya millisi uzun müddətdir ki, məğlubiyyət üzü görmür. Necə düşünürsünüz, sizcə sabahkı qarşılaşmada sürpriz qeydə alına bilər?
- Əlbəttə ola bilər. Bu, futboldur. Burda hər şey mümkündür. Azərbaycan millisi sabah bizə qalib də qələ bilər. Amma mənə elə gəlir ki, qarşılaşmanın nəticəsi ilk növbədə mənim komandamın necə oynayacağından asılı olacaq. Əgər biz öz oyunumuzu tam olaraq ortaya qoya bilsək, o zaman qələbə qazanan tərəf də İspaniya olacaq.
- İspaniya millisi demək olar ki, artıq Avropa çempionatına vəsiqəni özü üçün təmin edib. Bu növbəti oyunlara daha arxayın çıxmağınıza zəmin yaratmayacaq?
- Xeyr, mən belə düşünmürəm. Düzdür, biz final mərhələsinə vəsiqəni böyük ölçüdə həll etmişik. Amma həm Bosniya və Hersoqovina həm də Türkiyə ilə oyunlara tam ciddi yanaşacağıq və meydana qələbə üçün çıxacağıq.
- Vaxtı ilə azərbaycanlı futbolçu Vəli Qasımov İspaniya çempionatında - “Betis”in heyətində çıxış edirdi. Hətta bu komandanın heyətində bürünc medal da qazanmışdı. Onu tanıyırsınızmı?
- Yox, tanımıram.
Sonda mətbuat konfransında maraqlı an yaşandı. İspaniya Futbol Federasiyasını mətbuat katibi ispanca “son sualdır” ifadəsini işlətdi və Azərbaycan tərəfini təmsil edən tərcüməçi də bunu bizimkilərin diqqətinə çatdırdı. Bu zaman Del Boske həmin xanımdan “azərbaycanca nə deməkdir?” deyə soruşdu. Aldığı cavabdan sonra gülümsəyən Del Boske üzünü azərbaycanlı jurnalistlərə tutaraq elə bizim dilimizdə “son sual” ifadəsini təkrarladı.
"Bayer"in futbolçusu "Liverpul"la anlaşdı
"Turan Tovuz" "Sumqayıt"a belə qalib gəldi - Video
Zirədə 2 qol vuruldu - Video
"Neftçi" sabahkı matça 5 itki ilə çıxacaq
"Araz-Naxçıvan"ın qələbəsindən - Video
Vurğun Hüseynov: "Özümü məşqçi hesab etmirəm"
"Bunları rəhbərliklə müzakirə etməliyik" - Elmar Baxşıyev
Ayxan Abbasov: “Əgər "Şamaxı"da qalsam…”
Rəşad Sadıqov “Sabah”la oyundan danışdı
Benzia Tunis çempionu ilə danışıqlar aparır
Berezutski oyundan razı, nəticədən narazıdır
“Araz-Naxçıvan” 3-cü yeri və Konfrans Liqasını təmin etdi
Qvardiola: "İngiltərə kuboku əhəmiyyətli deyil"
"Liverpul"da yeni müqavilə - Rəsmi
"Santos"un Neymar qərarı
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər
"Zirə" - "Sabah": Heyətlər
Sumqayıtda heyətlər açıqlandı
Ronaldo yeni klub alır
"Real"dan yeni transfer - Rəsmi
Güləşçilərimizdən gümüş və bürünc medallar
"Bavariya"nın təklifini rədd etdi
"Real"ın əsas transfer hədəfi bilindi
"Betis" onu birdəfəlik almaq istəyir
“Sabah”ın büdcəsi açıqlandı
Qvardiola yenə narazıdır
Rusiya klubunun məşqçisi barədə cinayət işi açıldı
Misli Premyer Liqada daha bir klubun büdcəsi müəyyənləşdi
“Difai” - “Cəbrayıl” matçında qarşılıqlı qollar - Video
“Aston Villa” və “Çelsi” qələbə qazandı
Ronaldonun yoxluğunda “Əl Nəsr” büdrədi
“Barselona” gələn həftə Fliklə müqaviləni uzadacaq
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir