“Hər bir komanda istənilən oyuna qələbə üçün çıxır. Rəqibin kimliyi heç vaxt önəm daşımır. Biz də sabahkı oyuna yalnız qələbə üçün çıxacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən axşam saatlarında Bakıya gələn İspaniya milli komandasının və Madrid “Real”ının qapıçısı İker Kasilyas jurnalistlərə verdiyi açıqlamada deyib.
Təcrübəli qolkiper bildirib ki, millimiz haqda tam məlumatsızdır: “Çox şadam ki, Azərbaycanla oynayırıq. Bilirəm ki, burada Madrid "Real"nın xeyli sayda azarkeşi var. Bizə qarşı olan sevgini hava limanında gördük. Buradan onlara öz təşəkkürümü çatdırıram. Amma biz bura İspaniya millisinin futbolçusu kimi gəlmişik. İnanıram ki, yerli fanatlar bu cür də bizə layiqincə qiymət verəcəklər. Azərbaycan futbolu haqda demək olar ki, heç nə bilmirəm. Sizin komansdanız bizim üçün “sirli qutu”dur. Bununla belə, çalışıcaağıq ki, gözəl oyun sərgiləyərək, qələbə qazanaq”.
Kasilyas bildirib ki, İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyası Bakıda da davam edəcək: “Həqiqətən də uzun müddətdir məğlub olmuruq. Təbii ki, Bakıda da bu seriyanın qırılmasına imkan verməyəcəyik. Məqsədimiz bu dəfə də azarkeşləri sevindirməkdir”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi