Mourinyo: “1/4 finala kimin keçəcəyi son dəqiqələrdə məlum olacaq”

Mourinyo: “1/4 finala kimin keçəcəyi son dəqiqələrdə məlum olacaq”
GÜNDƏM 14 Fevral 2013 / 11:28 2821
-  A +

“Mənim üçün sürpriz bir nəticə olmadı. Mərhələni keçmək üçün şanslarımız hələ də bərabərdir. 1/4 finala kimin keçəcəyi son dəqiqələrdə məlum olacaq. “Old Trafford”da birdən çox qol ata biləcəyimizi düşünürəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsində “Real””-“Mançester Yunayted “oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında deyib.

Oyuna yaxşı başladıqlarını düşünən baş məşqçi cavab görüşündə özlərinə güvəndiyini deyib: “İlk matçı evimizdə oynamağımız yaxşı oldu. İndi nəyə ehtiyacımız olduğunu bilərək “Old Trafford”a gedəcəyik. Bu mərhələni keçəcək qədər gücümüz var”.

Qeyd edək ki,  dünən  “Rea”la “Mançester Yunayted” arasında ilk  oyun 1:1 hesab ilə bitib.Cavab görüşü martın 5-də “Old Trafford”da keçiriləcək.

Daha çox


Son xəbərlər