Xəbər verdiyimiz kimi, Premyer Liqanın 2013-cü ildəki bölümünə hazırlaşan "Rəvan” qış fasiləsində bütün yoldaşlıq matçlarını başa vurub. Komanda fevralın 9-da "Turan”la oyunu gözləyir.
Qeyd edək ki, dörd yoxlama matçının üçüncü rəqibləri ilə 1:1 oynayan "uçan aslanlar” əvəzedicilərə 3:0 hesabı ilə qalib gəlib.
Bəs, görəsən, baş məşqçi bu hazırlıq barədə nə düşünür? Ramil Əliyev klubun rəsmi saytına bu və başqa məsələlər haqda danışıb.
- Artıq dörd yoldaşlıq oyunu arxada qalıb. Yalnız əvəzediciləri uda bilmisiniz...
- Yoldaşlıq oyunlarında nəticə əsas olmur. Dörd oyun keçirməyimizin də səbəbi var. İlk iki matçda bir növ əsas heyəti müəyyənləşdirməyə çalışdıq. Sonrakı oyunlar isə futbolçular arasındakı anlaşma səviyyəsini artırmaq üçün idi. Yəni nəticəni düşünmürdük. Özünüz də gördünüz ki, oyunların hamısında heyəti praktiki olaraq tam dəyişirdim. Futbolçuları yoxlama oyunlarında da sınamasam, harada sınayacağam?! I divizion komandaları da bizə qarşı çox aqressiv oynayır. Həm "Qaradağ Lökbatan”, həm də "Neftçala” ilə oyunlarda rəqib aqressivlik həddini aşırdı. Bir tərəfdən bunu normal hal kimi qiymətləndirirəm. Axı, futbolçular məşqçinin gözünə girməyə çalışır. Premyer Liqa təmsilçisi ilə matçlarda isə onların mübarizliyi daha da artır. Təbii, qələbə qazanmaq istəyirdik, amma olmadı. Hər oyunda qələbəmizə müxtəlif səbəblər təsir etdi. Konkret son oyunumuzda hakimin gülməli penaltisini vurğulaya bilərəm. Hər belə mübarizəyə görə qayda pozuntusu qeydə alınsa, onda gərək hər dəqiqə fit səslənsin.
- Ümumilikdə toplanışı necə dəyərləndirirsiz?
- Fikrimcə, toplanış yaxşı keçdi. Əsas odur ki, istəyimizi futbolçulara tam başa saldıq. Ümidvaram ki, çempionatda bunun bəhrəsini görəcəyik.
- Komandanız hazırda çempionata neçə faiz hazırdır?
- Premyer Liqanın oyununa kimi hələ qarşıda bir həftə də vaxtımız var. Növbəti matça qədər hardasa 70-80 faiz hazır olacağıq.
- Baş məşqçi kimi təxminən bir aydır fəaliyyət göstərirsiz. İşinizdən nə dərəcədə razısız?
- O qədər də razı deyiləm. Görüləsi hələ çox iş var. Gəlin nəzərə alaq ki, futbolda bir ay o qədər də böyük müddət deyil. Yavaş-yavaş öz istədiyimə nail olacağam.
- Bu bir ay ərzində oyun fəlsəfənizi futbolçulara tam aşılaya bilmisiz?
- Tam deməzdim. Ancaq 70-80 faiz anlayır ki, biz onlardan nə tələb edirik. Əsas məqsədimiz həm oyuna, həm də topa nəzarət etməkdir. Bu, tam fərqli şeylərdir. Qol vurana kimi topun bizdə olmasına çalışırıq. İndi əsas məqsəd məhz budur. Texniki planda bəzi axsamalar var. Ancaq tədricən bunu da yoluna qoyacağıq. Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz.
- Komandanıza bundan sonra da yeni futbolçular gələcək?
- Transfer fəaliyyətimiz hələ bitməyib. Bir neçə futbolçu da baxışa gələcək. Onlar həm yerli, həm də legionerlərdən ibarət olacaq. Bizə hələ 2-3 mövqeyə futbolçu lazımdır.
- Baxışda olan Kirill Sidorenkonun durumuna aydınlıq gəlib?
- Ona son oyunda birinci hissədə şans verdim. Amma ciddi heç nə ilə yadda qalmadı. Bu futbolçu legioner kimi bizə yaramadı. Bəyənilmədi və yola saldıq getdi.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi