Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Stayua" klubunu 1:0 hesabı ilə məğlub edən "Qəbələ" komandasının baş məşqçisi Ramiz Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Petorlul"un ardından Rumıniyanın ən güclü komandalarından olan "Styaua" klubunu 1:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı təəssüratlarınızı öyrənək...
- Bu yoldaşlıq görüşü idi. Ancaq bu bizdə heç bir arxayınçılıq yarada bilməzdi. Biz bütün yoldaşlıq görüşlərinə çempionat oyunları kimi hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı yoldaşlıq matçını da yüksək səviyyədə oynayaraq Antalya təlim-məşq toplanışını başa vuraq.
- Bu görüşdə hansı futbolçunun oyununu xüsusi qeyd edərdiniz?
- Bu oyunda Pulhak və Emeqaranı xüsusilə qeyd edərdim. Ancaq ümumilikdə 4 müdafiəçinin hər birindən razı qaldım. Çox yaxşı müdafiə olunduq. Oyunu əks-hücum üzərində qurmuşduq. Verdiyim tapşırıqları da futbolçular düzgün yerinə yetirdilər.
- Artıq təlim-məşq toplanışı yekunlaşmaq üzrədir. Start heyəti özünüz üçün müəyyənləşdirə bilmisinizmi?
- Bəli. Əsas heyəti demək olar ki, müəyyənləşdirmişik. İnşallah, "Qarabağ"la oyunda da çalışacağıq ki, həmin o optimal heyəti qoruyub saxlayaq. Allah futbolçuları zədədən, xəstəlikdən və soyuqdəymədən uzaq eləsin.
- Premyer Liqada əsas rəqiblərinizdən olan "İnter"in baş məşqçisi Kaxaber Sxadadze və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da bu gün "Qəbələ"nin oyunu izləyirdi. Bu haqda nə deyərdiniz?
- Bu normaldır. Bütün dünyada belədir. Onlar da bizim oyunumuzu izləməyə məcburdurlar. Çünki həmin komandaların əsas rəqiblərindən biri də bizik. Gələcək oyunlarda həm K.Sxadadze, həm də Q.Qurbanova uğurlar arzulayıram.
- Bəs, siz necə, əsas rəqiblərinizin oyunu canlı izləyirsinizmi?
- Təbii ki, biz də onları izləyirik. Lazım olan səviyyədə də rəqiblərin oyunlarına qiymət veririk.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi