“İnter” prezidenti Georgi Nikolov klubunun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- “İnter”in qış çempionu kimi başa vurduğu Topaz Premyer Liqasının arxada qalan hissəsi ilə bağlı nə deyə bilərsiz?
- Komanda liderdirsə, bu, o deməkdir ki, uğurla çıxış edir. Lakin bizim üçün ən arzu olunan klubumuzun mövsümün yekunlarına görə qalib gəlməyidir. Ümid edirəm ki, turnir cədvəlində ilk sıranı qoruyub saxlamaq bizə müəssər olacaq. “İnter” yaxşı nəticə ilə müşayiət olunan kifayət qədər rasional oyun nümayiş etdirir. Çıxışımız məni sevindirir. İnanıram ki, futbolçular bu tempi saxlamağı və mövsümü birinci yerdə başa vurmağı bacaracaqlar.
- “İnter” Yuri Fomenko ilə müqavilə imzaladı. “Transfer pəncərəsi” hələ açıqdır. Baş məşqçi daha hansısa yeni futbolçuların alınması ilə bağlı sizə müraciət edib?
- Fomenko ilə hələ ötən il maraqlanırdıq, lakin o zaman bu transferi gerçəkləşdirə bilmədik. Mən şadam ki, indi bu futbolçu bizim sıramızı gücləndirdi. Fomenko diqqətə layiq futbolçudur. Düşünürəm ki, bu oyunçu bizə kömək edəcək. Yeni transferlərə gəldikdə, onu deyə bilərəm ki, bu məsələ barədə məşqçi heyətilə müzakirələr aparmışıq. Biz əsasən hücumçularla maraqlanırıq. Konkret ad çəkə bilmərəm. Lakin bununla yanaşı, deyə bilərəm ki, bu siyahıda müxtəlif ölkələrdən bir neçə futbolçuların adları var.
- Bu mövsüm Premyer Liqanın belə gərgin keçməsini nə ilə izah edərdiz? Bu yerli çempionatın inkişaf etməsindən xəbər verir, yoxsa bunu hansısa başqa faktorlarla əlaqələndirirsiniz?
- Mən düşünmürəm ki, biz tənəzzülə uğrayırıq. Çempionat maraqlı olub, ancaq bu marağı mən komandaların bu və ya digər matçlara yanaşmaları ilə daha çox əlaqələndirirəm. Bir çox klublar bir-birilərindən xal almağı bacara bilir. Mənim nəzərimcə, arzuedilən tərəqqini əldə etmək üçün hələ çox işləmək lazımdır.
- Yəqin ona görə belə düşünürsünüz ki, çempionatın “altılıq” sistemilə keçirilməsinin tərəfdarı deyilsiniz…
- Bəli, bir çoxları artıq bilirlər ki, mən “altılıq” sisteminin əsas əleyhdarlarından biriyəm. Mən demişəm ki, bu qayda idman mübarizəsinin prinsiplərinə ziddir. Nə qədər ki, “İnter”in prezidenti vəzifəsindəyəm, o qədər də çempionatın belə keçirilməsinə qarşı olacağam. Mən anlayıram ki, PFL-in futbolun inkişafına, inkişaf sisteminə dair öz baxışları var və bizim fikirlərimiz 100 faiz üst-üstə düşə bilməz. Ancaq mən çempionatın belə sistem üzrə aparılmasının doğru olmağını həmişə qeyd edəcəyəm.
- Dekabrın sonunda AFFA-da yerli futbol federasiyalarının, PFL-in və Premyer Liqa klublarının rəhbərlərinin birgə görüşü keçirilmişdi. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunmuşdu...
- Həmin görüşün keçirilməsindən bir aydan çox vaxt ötür və həmin iclasın bütün detallarını xatırlamıram. Ancaq biz Tovuz və Gəncədə yerləşən stadionların vəziyyətini müzakirə etdik. AFFA rəhbərliyi klublara təklif etdi ki, bu iki şəhərdən olan klubların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına öz töhfəmizi versin. Nəticədə qalan klublar uşaq-futbol məktəblərinin inkişafına görə alacaqları vəsaitdən imtina etdi və həmin vəsaitlər Tovuz və Gəncə stadiounlarında infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək. Etiraf edirəm ki, həmin görüşdə “altılıq” formatı barədə də söhbətlər aparıldı. Lakin sistemin dəyişdirilməsilə bağlı səsləndirilən təkliflər həvəslə qarşılanmadı. Premyer Liqanın keçirilməsinin bu variantı, çox güman ki, qalacaq.
- Təsəvvür edək ki, “altılıq” sistemindən imtina olundu. Bu halda fikrinizcə, çempionatı necə keçirməyə dəyər?
- Mən elitada 4 dövrə ərzində öz aralarında görüşlər keçirəcək 12 komanda saxlayardım. Bəli, bir çoxları etiraz edə bilərlər ki, bu, həddən artıq çoxdur. Lakin gəlin baxaq, Avropada hansı çempionatlar ən güclüdür? Hansı çempionatda müddət uzundur, məhz orada, yəni İngiltərədə, İspaniyada, Almaniyada və İtaliyada. İngiltərədə dekabrın 31-də Yeni ili qeyd edirlər, növbəti gün isə futbol oynayırlar. Oyunlar nə qədər çox olarsa, futbolçuların Avropa futboluna uyğunlaşmaq üçün şansları bir o qədər çox olacaq. “Çərşənbə-şənbə” və “çərşənbə-bazar” sistemilə oynamaq daha maraqlı olar. Bir də ki, belə sistem həm azarkeşlərə, həm də oyunçulara müasir futbol yükləmələrinə uyğunlaşmalarına kömək edəcək. Fasilə nə qədər az olarsa, insanların futbola marağı daha çox olar. Nəzər yetirin, bizdə nə baş verir - təqribən iki ay davam etmiş fasilə insanların çempionata marağını öldürür, bir çoxları növsümün birinci hissəsində nə baş verdiyini unudurlar. Fevraldasa klublar yenidən marağı oyatmağa başlayırlar.
- Son zamanlar xarici klubların azərbaycanlı futbolçulara marağı artır. Polşanın eyni anda iki klubu “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevlə maraqlandı. Lakin yekunda keçid alınmadı. Bilmək istərdik, Polşa klubu nəyə görə futbolçunun keçidi üçün pul ödəməkdən imtina etdi?
- Bu məsələni xatırlayaraq deyə bilərəm ki, Nizamilə Polşanın iki klubu - “Poqon” və “Korona” maraqlanmışdı. Lakin bununla yanaşı, onlar anlaşılmayan hərəkət etdilər. Hacıyevin “İnter”lə qüvvədə olan müqaviləsi var, bu futbolçu əsas heyətin üzvüdür, o, Azərbaycan millisinə dəvət edilir. Onlar isə onu hədiyyə etməyimizi istəyirdilər. Polşalıların komandalarından bu və ya digər futbolçuların bizə hədiyyə etmələrini xahiş etdiyimiz zaman həmin klub prezidentlərinin reaksiyalarına baxmaq istəyərdim. Kapitalizm və bazar münasibətləri dövründə belə danışıqlara yer yoxdur.
- “İnter”in avrokuboka çıxdığı təqdirdə ev oyunlarının “Şəfa” stadionunda keçiriləcəyi məsələsi qaldırılacaq. Stadion sertifikat aldı və bunun sayəsində oyunları keçirmək mümkün olacaq. Ancaq hazırda stadionun birbaşa qarşısında şəhərin eyni anda bir neçə prospektini birləşdirəcək avtomobil yolunun tikintisi gedir.
- Mən ümid edirəm ki, yaya qədər bu yolun tikintisilə bağlı hansısa nəticə görünəcək. Əlbəttə, bu barədə danışmaq hələ tezdir, axı biz hələ avrokuboklarda iştirakımıza zəmanət altına almamışıq. Ancaq avrozonaya düşəcəyimiz halda oyunlarımızı doğma arenada keçirmək istərdik. Son variant kimi oyunları digər stadionlarda təşkil edə bilərik. Allaha şükür, Bakıda avrokubok oyunlarını keçirmək üçün bir çox arena var - “Bakcell-Arena”, “Dalğa-Arena”, T.Bəhramov adına Respublika stadionu.
- Yeni yol stadionun fəaliyyətinə mane olmayacaq? Tamaşaçılar buraya rahat çata biləcəklər?
- Bu çox yaxşı sualdır, ona görə ki, biz artıq bir neçə gündür heç də xoşagəlməyən fakt üzərində vuruşuruq. Bu nəqliyyat qovşağının tikintisi artıq elə bir mərhələyə çatır ki, texnoloji qərarlar qəbul etmək lazım gələcək. Bununla yanaşı, yolun layihəsi artıq üçündü dəfədir dəyişir. Hazırda bizi çox əlverişsiz vəziyyətlə üz-üzə qoyan layihə aktualdır. İnşaatçılar qərara gəliblər ki, yolun üzərində heç bir örtülü dayanacaq yeri olmasın, burada sadəcə yeraltı avtomobil dayanacağı olsun. Bu layihə idman kompleksi kimi "Şəfa"nın gələcəyini sual altına alır. İstərdim ki, bizim etirazlarımız eşidilsin. Stadion boyunca yolun üstü tam bağlanmalıdır. Yalnız bu halda bu infrastruktur ən optimal olacaq və fəaliyyət göstərdiyi zaman arenanın mövcudluğuna mane olmayacaq.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi