"Qəbələ" klubunun yarımmüdafiəçisi Paulo Luiz Hilarionun (Dodo) Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- Artıq 10 gündür ki, komanda Antalyada təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi necə gedir?
- Hər şey yaxşıdır. Mütəmadi olaraq məşqlərə çıxır, fiziki hazırlıq üzrə çalışırıq. Hər şey qaydasındadır.
- Günü-gündən "Qəbələ"yə yeni gələn futbolçuların sayı artır. Məşq və oyunlar zamanı həmin futbolçularla anlaşmaqda çətinlik yaranmır ki?
- Xeyr. Mənim üçün heç bir problem yoxdur. Yeniliyi sevən biriyəm. Artıq oyun-oyundan yeni futbolçular da komandaya uyğunlaşırlar. Ümid edirəm ki, Premyer Liqanın oyunlarına qədər hər şey qaydasında olacaq.
- Premyer Liqanın ilk dövrədəki oyunlarında daha yaxşı təsir bağışlayırdın. Ancaq bu təlim-məşq toplanışı zamanı əvvəlki formandan uzaq görünürsən. Bunun səbəbi nədir?
- Mənim problemim var idi. Belə ki, 4 gün xəstə yatmışdım. Qızdırmam qalxmışdı. Üstəlik çiynimdə, belimdə ağrılarım var. Xəstəlikdən sonra qalxıb bir-iki dəfə məşqlərə qatıldım. Ona görə də məndə bir qədər zəifləmə gedib. Ancaq inanıram ki, "Qarabağ"la oyuna qədər hazır olacağam.
- Sənin mövqeyinə artıq "Qəbələ"də kifayət qədər futbolçu var. Son dövrlər bir qədər gerilədiyin üçün əsas heyətdəki mövqeyini itirməkdən qorxmursan ki?
- Yüz faiz əminliklə deyirəm ki, bu, məni heç də narahat etmir. Kim güclüdürsə, o da əsas heyətdə oynayacaq.
- Komandan son olaraq Rumıniyanın "Petrolul" klubunu 2:0 hesabı ilə məğlub etdi. Bu oyunla bağlı fikirlərini öyrənək...
- Çox yaxşı oyun alındı. Qələbə qazandıq. Bu da komanda üçün yaxşı nəticə idi. Rəqibimiz Azərbaycan klubları ilə müqayisədə çox güclü komandadır. Bu kluba qalib gəlməklə, "Qəbələ" bir daha öz gücünü göstərdi. Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında da istənilən komandaya qalib gələ bilərik.
- Bu gün Rumıniyanın daha güclü komandası "Styaua" ilə üz-üzə gələcəksiniz. Bu oyun haqda düşünürsən?
- Təbii ki, "Styaua" çox güclü komandadır. Ancaq əgər biz son matçda oynadığımız kimi çıxış etsək, "Styaua"ya da qalib gələ bilərik.
- "Styaua" ilə oyun Rumıniya mətbuatının diqqət mərkəzində olacaq. Belədə özünü yaxşı tərəfdən göstərməklə bir sıra Avropa klublarının maraq dairəsinə düşmək imkanı yaranacaq...
- Hazırda mənə 3-4 klubdan təklif gəlib. Braziliya, Amerika klubları mənimlə yaxından maraqlanırdı. Ancaq mən "Qəbələ"də qalmağı üstün tutdum. Əgər yenidən hansısa ölkədən təklif gələrsə, menecerim bunu dəyərləndirəcək.
- Yəni, "Qəbələ"dən ayrılmaq ehtimalın var?
- Mən "Qəbələ"də xoşbəxtəm. Maddi vəziyyətim də yaxşıdır. Düşünürəm ki, mən səviyyəli futbolçuyam və daha yaxşısına layiqəm. Əgər daha yaxşı təklif alsam, "Qəbələ"dən ayrıla bilərəm.
- Türkiyənin "Antalyaspor" klubunun səninlə maraqlandığı bildirilir. Bu, nə dərəcədə doğru məlumatdır?
- Xeyr. Belə təklif almamışam. Ümumiyyətlə, bu haqda heç bir məlumat yoxdur. Ola bilsin, klubdan kiməsə nəsə deyilib. Ancaq mən şəxsən "Antalyaspor"dan təklif almamışam.
- Komandanın aparıcı futbolçusu kimi "Qəbələ"nin qış fasiləsinə qədərki çıxışını dəyərləndirərdin...
- Mövsümün startında biz liderdən çox aralıda idik. Ancaq hazırda ilk pilləyə bir qədər yaxınıq. Liderlə aramızda xal fərqi çox azdır. Deməli, ilk dövrədə yaxşı çıxış etmişik ki, hazırda bu pillədə qərarlaşmışıq. Bundan sonra da uğurlu çıxışımızı davam etdirəcəyik.
- Fevral ayında Premyer Liqada qış fasiləsi başa çatacaq. İlk "altılıq" yolunda "Qəbələ"ni 4 çətin oyun gözləyir...
- Qarşıdakı oyunlara hazırlığımızı mütəmadi olaraq davam etdiririk. Məşqlərimizə ara vermirik. Bu, Azərbaycana qayıtdan sonra da belə olacaq. Ardından isə yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bütün görüşlərə qələbə üçün çıxacağıq.
- Komandanın bu mövsüm üçün əsas hədəfi nədir?
- Təbii ki, "Qəbələ"nin çempion olmasını və Çempionlar Liqasında oynamağını istərdim. Əgər ÇL-də oyunumuz alınmazsa, o zaman mübarizəni Avropa Liqasında davam etdirəcəyik. Ancaq yenə də Premyer Liqada 2-3-cü pillələri tutmaqla, avrokuboklara vəsiqə qazanmaq da yaxşı nəticə olacaq.
- Premyer Liqada əsas rəqib kimi hansı komandanı görürsən?
- Mən "Simurq" klubunun adını çəkərdim. Çünki onlar Premyer Liqada liderlər sırasında qərarlaşıblar.
- Sonda aldığımız məlumata görə, sənin oteldə 4700 dollar məbləğində pulun oğurlanıb...
- Bəli, pulum itib. Əminəm ki, bu otelə gələrkən üzərimdə 4700 dollar məbləğində pulum olub. Ancaq burada yoxa çıxıb. Hər halda pul özü-özlüyündə uça bilməz. Deməli, pulumu kimsə oğurlayıb. Bununla belə, mən buna elə də əhəmiyyət vermirəm. Əsas diqqətimi komandaya yönəltmişəm. Qalan problemlərin hamısı gəlib keçəcək.
- Sirr deyilsə, pulun oğurlanmasında kimdən şübhələnirsən?
- Təbii ki, otel işçilərindən.
Vüsal HÜSEYN
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti